Ağlaya-ağlaya qaçan Arşak terrorçuya mükafat ayırıb

Vaxtilə Ermənistanda at oynadan, erməni hərbi kinorejissor Arşak Zakaryan 44-günlük müharibədən sonra yasa batmışdı, səs-səmiri çıxmırdı. Son günlərdə ermənilərin törətdikləri təxribatlarından sonra Arşak dığa deyəsən yenə də fəallaşmağa başlayıb.

O, ŞUŞA yaxınlığında dünənki növbəti təxribatı törədən terrorçu Norayr Mirzoyanın ailəsinə 1000 $ yardım etməyi özünə borc bilib və başqa imkanlı erməniləri də terrorçuya yardım etməyə çağırıb.

Deyəsən Arşak dğa Azərbaycanlılara verdiyi «məsləhəti» və aşağıdakı şəkildə AĞLADIĞI günləri yadından çıxarıb.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru

Bu xəbəri paylaşın: