44 günlük Vətən müharibəsi qazisi, XTQ döyüşçüsü, 28 yaşlı Əlizadə İslam, bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat verilib.
Ailə üzvlərinin məlumatına görə, İslam Əlizadə ötən gün yatıb və oyanmayıb. Onun hansı səbəbdən vəfat etməsi isə hələlik məlum deyil.
Qeyd edək ki. İslam Əlizadə 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, döyüşlər zamanı ayağından yaralanmışdı.
Ailə üzvləri İslamın ikinci övladının iki həftə əvvəl dünyaya gəldiyini bildiriblər: «İslam ailəli idi, iki övladı var idi. İkinci oğlu iki həftə əvvəl dünyaya gəlmişdi».
44 günlük Vətən müharibəsinin qazisi ictimai fəaliyyətdə də aktiv olub.
Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın:
