«Super Sivilizasiya» 450 milyon il əvvəl yoxa çıxıb

Rusiyada tapılan çipə bənzər işarələri olan qeyri-adi daşın 450 milyon il yaşı var. Mütəxəssislərin fikrincə, «Super Sivilizasiya»da daxil olmaqla, minlərlə növü məhv edən təbii hadisələr baş vermiş ola bilər.

Rusiyanın cənubundakı Kuban çayında balıq tutan balıqçılar son dərəcə qeyri-adi daş tapıblar. Daşın içərisində indiki kompüter çiplərinə bənzəyən kiçik düzbucaqlı fiqur kəndlilərin diqqətini çəkib.

Tədqiqatın nəticələrindən alınan hesabat yer üzündən kənar həyat həvəskarları üçün həyəcanlı olub. Qeyri-adi daş Cənubi Rusiya Texniki Universitetinin nəzdindəki Nanotexnologiyalar Elmi-Tədqiqat İnstitutuna göndərilib. Burada aparılan sınaqlar daşın 450 milyon il yaşı olduğunu üzə çıxarıb. Alimlər bildirdilər ki, dünyamız təxminən 450 milyon il əvvəl nəhəng yox olma böhranı ilə üzləşmiş ola bilər. Bu dövrdə yaşayan minlərlə növün, o cümlədən «super sivilizasiyanın» tamamilə yox olduğu və dünyadakı bütün canlıları təsir edəcək nəticələri olan təbii hadisələrin meydana gəldiyi düşünülür.

Dünyadan kənar həyat varmı?

İnternet istifadəçilərinin ən çox istədiyi şey, bu qəribə daş üzərində düşündükləri ən məşhur nəzəriyyə daşın yerdən kənar canlılara aid olmasıdır. Daş və onun üzərində olan maraq obyektinin ətraflı tədqiqi məsələnin həqiqətini aydınlaşdırmaqla yeni məlumatlar üzə çıxara bilər. Ancaq dünyanın hər yerindən bir çox insan daşın yüksək texnologiyalı yadplanetli sivilizasiyasına aid olduğunu bildirən şərhlər verirlər.

Mənbə: Sabah

Hazırladı: Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: