Mingəçevirli veteranlar Anım tədbirində iştirak ediblər

Mingəçevir şəhərində şəhid Telman Fazil oğlu Allahverənovun Anım mərasimi keçirilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bu barədə məlumat verərək bildirdi ki, mərasimdə müharibə veteranları da iştirak ediblər. İctimaiyyət nümayəndələri, şəhidin yaxınları və məktəblilər şəhidin məzarı başına toplaşaraq məzarı üzərinə gül qoymuş və ruhuna dualar oxumuşlar.


N. Həsənov bildirdi ki, Mingəçevir şəhər veteranları şəhidlərimizin Anım tədbirlərində iştirak etməklə yanaşı, şəhid ailələrini və qazilərimizi unutmur, daim onlarla birgə olduqlarını nümayiş etdirirlər.


Şəhid Telman Fazil oğlu Allahverənov 44 günlük Vətən müharibəsi günlərində göstərdiyi qəhrəmanlığa görə üç medalla təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: