Hərb tarixində xüsusi yeri olan 713 saylı hərbi hissənin köhnə döyüşçüləri Laçın rayonunun azad edilməsinin ildönümüylə bağlı bir araya gəliblər.
Bu barədə həmin hərbi hissənin qərargah rəisi olmuş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev məlumat verib.
Füzuli Rzaquliyev bildirdi ki, baş vermiş helikopter qəzası ilə bağlı bu toplantının vaxtı dəyişdirilmişdi. Hərbi hissənin əsgər və zabitləri sıra düzülüşü ilə salamdan sonra şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edildi. Tədbir Ədalət Mustafayev, Fəxri Bəndəliyev, Rafiq Şükürov və Budaq Nəsibovun təşkilatçılığı ilə təşkil olunmuşdu. Tədbirdə Müdafiə Nazirliyi Hərb Muzeyinin direktoru polkovnik Əzizağa Qənizadə iştirak etdi.

Tədbirdə müharibə veteranları Zəfərlə bağlı, xalqımızın qəhrəmanlıq mübarizəsiylə bağlı çıxışlar oldu. Fəal ictimaiyyətçi müharibə veteranları Fəxri fərmanlarla təltif edildilər. Müharibə veteranları növbəti toplantını Xankəndidə keçirmək istəklərini bildirdilər.
Xatırladaq ki, döyüşlərdə qəhrəmanlıqlarla dolu bir yol keçmiş 713 saylı hərbi hissənin köhnə döyüşçülərinin bu cür toplantıları artıq ənənə halını alıb.

Şəhidlərimizə Allahdan rəhmət, veteranlarımıza isə can sağlığı diləyirik!
Elnur Səlim


