Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil vəfat edib

Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.


Bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb. 


O bildirib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:


«Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.


Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.

Bu xəbəri paylaşın: