AVMVİB vətənpərvər həkimi təltif etdi

44 günlük Vətən Müharibəsində müharibə veteranlarımız, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, həm əsgərimizlə çiyin-çiyinə, həm də ordumuzun arxasında oldu. Bu günlərdə, həm bizimlə, həm döyüşən ordumuzla birgə olan vətənpərvərlərimiz vardı.


Belə vətənpərvərlərdən biri də Əhmədli Tibb Mərkəzinin Baş həkimi, terapevt-kordioloq, tibb elmləri namizədi Alim Həmzə oğlu Şıxəliyev idi. O, rəhbərlik etdiyi kollektivlə birgə və öz imkanları hesabına daim ordumuza dəstək oldu. 44 gün cəbhədən geri dönməyən və bu gün də öz xeyirxah işlərini davam etdirən AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov bildirdi ki, müharibə hər kəsin kimliyini, əsil vətənpərvərliyini və hisslərini ortaya qoydu.

Sözdə vətənpərvərliklə əməldə vətənpərvərlik öz fərqini göstərdi. Belə insanlarımıza bir daha öz minnətdarlığımı bildirirəm. Bizim ordumuzla təmasda olmağımıza daim dəstək olan Əhmədli Tibb Mərkəzinin Baş həkimi, terapevt-kordioloq, tibb elmləri namizədi Alim Həmzə oğlu Şıxəliyev kimi vətənpərvər insanlarımızın sayəsində böyük işlər gördük. Xatırladım ki, Ordumuza dəstək məqsədiylə 10 min manatlıq tibbi pereparat və ləvazımatları da gecikmədən elə Alim Şıxaliyev ön cəbhədəki səhra hospitallarımıza göndərdi.

Bundan əlavə dəfələrlə əsgərlərimiz üçün göndərdiyi isti geyimləri biz öz əlimizlə ehtiyacı olanlara elə səngərlərdə çatdırdıq.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü Alim Şıxəliyev Vətən müharibəsi iştirakçılarına bu gün də təmənnasız tibbi xidmət göstərməkdədir və fəxri üzvü olduğu AVMVİB-nin daim yanındadır. Yaranmış problemlərin həllində daim öndə olan vətənpərvər həkimimiz Alim Şıxəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri fərmanı və AVMVİB tərəfindən təsis olunmuş Xatirə medalı ilə təltif olunub.


Təltif mərasimində AVMVİB sədri Füzuli Rzaquliyev qayğıkeş həkim, əsil vətənpərvər A. Şıxəliyevi təbrik edərək, ona müharibə veteranları və döyüşçülər adından öz minnətdarlığını bildirdi.


Füzuli Rzaquliyev bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) öz prinsiplərinə daim sadiqdir. Biz Vətən naminə yürüyən hər kəsin yanındayıq.


Təbrik edirik!


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: