Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.
Fedai.az xəbər verir ki, məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.
Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.
Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.
Ermənistan tərəfi bu sahədə də öz həyasızcasına edilmiş tövsiyəni qərar kimi yaymağa başlayıblar.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan ermənilərə qarşı irqi nifrətin qızışdırılmasını dayandırmağı tövsiyyə edib.
Ermənilər “Reuters”ə istinadən xəbər yayırlar ki, dünya təşkilatının məhkəməsinin qərarı bu gün, dekabrın 7-də BMT-nin Beynəlxalq Məhkəməsinin qərargahının yerləşdiyi Haaqada təqdim edilib.
Məhkəmə qərara alıb ki, Azərbaycan “erməni milli və ya etnik mənşəli şəxslərə qarşı dövlət qurumlarında öz vəzifəli şəxsləri də daxil olmaqla, irqi nifrət və ayrı-seçkiliyin qızışdırılması və təşviq edilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir”.
