Parlament sədrindən Zəngəzurda əsir düşən hərbçilərlə bağlı AÇIQLAMA

Ermənistan Parlamentinin sədri Alen Simonyan noyabrın 16-da Zəngəzurda əsir düşən hərbçiləri təhqir edib.

Bunu Ermənistan mediası xəbər verib.

Məlumata görə, spikerin hərbi əsirlərlə bağlı qalmaqallı açıqlamalarının videoyazısı internetə sızıb.

“Onlar silahı yerə atıb qaçan, azğın adamlardır. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlanmırsınız ki, məhbusların valideynləri niyə indi fəal deyillər? Çünki bu insanlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, gedib əsir düşdülər”.

Erməni jurnalist, bloqçu qondarma rejimin cinayətlərini ifşa etməklə ad çıxarmış Roman Bağdasaryan bu günlərdə buna uyğun bir məlumat yayıb.

Roman Bağdasaryan Şuşanın 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində olduğu məlumatını verdiyini deyib.

«Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperçisi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girib. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxıblar. 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində gizlənən 1000-ə yaxın döyüşçü üzə çıxdı, onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar, halbuki, ona qədər məhsullar artıq iylənmişdi».

Roman Bağdasaryan yazır ki, diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı, heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Onun bildirdiklərinə görə, Şuşada guya 6 min insanın yaşadığını desələr də bu yalan məlumatdır. Çünki daha çox pul silməyə hesablanmış bu xəbərin əsli ondan ibarətdir ki, o vaxt , əhərdə əhalinin sayı heç 3 minə çatmırdı.

«Şuşaya gizli bir yol qalxır. Daşaltından qalxan bu yolu erməni dəllallar çəkmişdi. Onlar bu yolla meşələrdən qırdıqları ağacları Ermənistana daşıyır, orada satırdılar. Azərbaycan ordusu bu gizli yoldan da istifadə etmişdi. Kadrlarda da gördük ki, Şuşadan Azərbaycan texnikası çıxır. Bu hərbi texnika nə Laçın, nə də Xankəndi vasitəsilə Şuşaya getməyib, məhz həmin yolla qalxıblar» deyə erməni bloqçu bildirib.

Bu xəbəri paylaşın: