Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonu Dünyamalılar kəndində şəhid İlqar Nadir oğlu Həsənovun il mərasimində iştirak ediblər.
Şəhid İlqar Nadir oğlu Həsənovun il mərasiminə Beyləqan rayonu İcra Hakimiyyətinin Başçısı Asif Ağayev və İcra Hakimiyyəti Aparatının əməkdaşları da iştirak ediblər. Ümumiyyətlə, Beyləqan rayonu İcra Hakimiyyətinin Başçısı Asif Ağayev daim şəhidlərimizin Anım və digər mərasimlərində yaxından iştirak edir və şəhid ailələrinin problemləriylə yaxından maraqlanır.

Qəhrəman şəhidin il mərasiminə məktəblilər hazırladıqları kompozisiyalarla qatılmışdılar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək, Birlik adından Fəxri fərmanı şəhidin ailəsinə təqdim ediblər.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan





