AVMVİB Zərdab rayon şöbəsi tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsində üzvlərə üzvlük vəsiqələrinin verilməsiylə bağlı tədbir keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov sosial şəbəkədə məlumat yayıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsində sədr müavinləri gənc döyüşçülər arsından seçildiyi barədə məlumat vermişdik. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsi sədrinin I müavin Rəşad Alik oğlu Novruzzadə, Sosial məsələlər üzrə müavin İlkin Seymur oğlu İbrahimli və Təşkilati işlər üzrə müavin isə İlham Qənimət oğlu Osmanov təyin edilmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov yeni üzvləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar diləyib.

Elnur Səlim

Bu xəbəri paylaşın: