Erməni mətbuatının yazdığına görə, sabah Moskvada 44 günlük müharibədən sonra Türkiyənin təşəbbüsü ilə reallaşan regional əməkdaşlığın yeni formatı olan “3+3” platformasının ilk iclası keçiriləcək və iştirakçı ölkələr bu konfransda xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar.
Məlumata görə görüşdə yalnız Gürcüstan iştirak etməyəcək.
Fikir verin, ermənilər Türkiyə ilə Azərbaycanı son sırada yerləşdirməklə yenə də öz mənfur xislətlərini nümayiş etdirmişlər.
İsmayıl Tanrıverdi

Bu xəbəri paylaşın:
