Rusiya XİN Ermənistana yalan təkzibi üçün 1 gün VAXT VERDİ

Ermənistanın “Hraparak” qəzetinin Rusiyanın İrəvandakı səfir Sergey Kopırkinin qeyri-qənaətbəxş iş fonunda Moskvaya geri çağırılmasına hazırlaşdığı barədə xəbəri dezinformasiyadır. Rusiya tərəfi təkzib gözləyir.

Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.

“Biz onlara sabahdan o biri günə qədər vaxt verəcəyik. Ola bilsin ki, onlar artıq bu gün çap üçün buraxılışı veriblər, amma sabah o biri gün təkzib dərc etməlidirlər, çünki saxta məlumat çap ediblər. Doğru deyil, bu dezinformasiyadır”, – XİN sözçüsü deyib.

Bu xəbəri paylaşın: