
İlhami Cəfərsoy
Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri
Elmi redaktor: Tofiq Hacıyev
Ana və Nənə çoxdilli laylalarda Nənənin bütünü İberiyaya buntürklər gətiriblər. Çoxdilli İberiyanın dua və laylalarında müqəddəs Ana və Nənənin adları tez-tez xatırlanır. Bu müqəddəslər İberiya folkloruna xristianlıqdan qabaq gəlmişdir.
Onlar daha öncə Ön Asiyanın qeyri-ari və qeyri-sami etnoslarının panteonunda ilahələr kimi mövcud idilər.
Ön Asiyanın mixiyazılı abidələrində məhsuldarlıq ilahəsi Nənənin adı Nana və Nanay formalarında yazıya alınmışdır. Gürcülər onu Nona, ermənilər Nune ad-landırırdılar. Eyni zamanda yazılı gürcü ədəbiyyatında ilahə Nənənin da + Nana variantı da vardır (Кеппен 1837. 84; Асохик 1864. 267; Шопен 1866. 239; Винклер 1913. 138; Марр 1922. 267; Блейхштейнер 1936. 239).
L.M.Meliksetbekov yazır ki, ilahə Nənənin bütünü Almaz dağının ətəyinə buntürklər gətirmişlər (Меликсетбеков 1914. 19). Dəfələrlərlə redaktə olunan və üzü köçürülən “Kartlis tsxovreba”da göstərilir ki, ilahə Nənənin bütünü Metex şəhərinə gedən yolun üstündə çar Saurmak (e. ö. 237-162) qoydurmuşdur (Иверели Сагзагелов 1898. 70; Шопен 1866. 239; Патканов 1883. 237).
Nənə İran mənşəli teonim deyil
Belə bir fikir də var ki, İlahə Nənənin və Ananın bütlərini Sasani hakimi Mirvan qoydurmuş, iberlərin başçısı Saurmak həmin mərasimdə iştirak etmişdir.
İberiyanın Ər Şuşa adlı 2 çarı olmuşdur. Şahzadə Vaxuşti yazır ki, çar Saurmak Asurestanın vassalı kimi 75 il ölkəni idarə etmişdir. Əgər sasani hakimi Ana və Nənə bütlərini qoydururdusa, Saurmak necə assurların vassalı olmuşdur? Saurmakın zamanında – e. ö. 237-162-ci illərdə Assuriya dövləti mövcud deyildi. İberiya o zaman ya yunanların, ya da sasanilərin vassalı ola bilərdi.Mənbələri nəzərdən keçirərkən başqa bir suala da cavab axtarmalı oluruq. Əhəmənilər Afroditaya və Artemiadaya uyğun ilahələrini Ana yox, Ardvisur adlandırırdılar. Onlar nəyə görə İberiyaya öz ilahələrinin yox, Suzun-Şuşa vilayətinin ilahəsinin bütünü gətir-məli idilər?
Saurmakın zamanında – e. ö. III əsrin sonu – II əsrin əvvəllərində İberiya Assuriyanın yox, İranın təsiri altında idi. Belə halda ölkəni Assuriyanın vassalı idarə edə bilməzdi. Düşünürük ki, o zaman İberiyanı sasanilərin vassalı kimi Elamın Şuşa mənşəli hakimləri idarə etmişlər. Sonralar həmin nəsildən I və II Ər Şuşa Kür çayının sağ sahilini özünə tabe etdi. II Ər Şuşadan sonra oğlu Bars xan Aranın hakimi oldu (bax: V fəsil).
İlahə Nənə xattilərin-Xatay türklərinin inancında tanrı Uğurun arvadı sayılırdı. Asoxik ləqəbli “erməni” tarixçisi Taronlu Stepan (XI əsr) yazır ki, İlahə Nənə yunanların Artemidasına və romalıların Venerasına bənzəyir (Асохик 1864. 267; Никита Эмин 1864. 23). Nənə qədim Ön Asiyanın qeyri-ari və qeyri-sami etnoslarının panteonunda tanrı Uğurun arvadı sayılırdı (Капанцян 1947. 86).
Onu hindavropa mənşəli xettlər qeyri-ari və qeyri-sami xattilərdən – xatay türklərinin əcdadlarından mənimsəmişlər. Sonra yunanlar ilahə Nənəni Artemida, Ananı Afrodita adlandıraraq öz panteonlarına daxil etdilər (Рагозина 1903. 236).
Elam hökmdarı Kutur Naxxunte e. ö. 1711-ci ildə İkicayarasını tutub, ilahə Nənənin bütünü Şuşa şəhərinə apardı (Юсифов 1968. 71; Хинц 1987. 96).
Şuşanın Nənə məbədində dövlətin xəzinəsi saxlanırdı. Elamın Şuşa vilayətində ilahə Astartanın, yəni Afroditanın məbədi Nanay adlanırdı. Həmin məbəddə dövlətin xəzinəsi saxlanırdı (Винклер 1913. 138), İlahə Ananın zodikal işarəsi 8 guşəli ulduz (bax: səh. 53), ilahə Nənəninki ay idi. O, bəzi cəhətlərinə görə Şumerin Sin, yəni Ay ilahəsinə bənzəyirdi (Кеппен 1837. 138). Nana qədim İber onomastikasında qadın adı kimi də işlənmişdir.
Çar Saurmakın (e. ö. 237-162) və Mirianın (295-342) arvadının adı Nana idi (İoселиани 1866. 76; Марр 1901. 9. 11). Gürcüstanda yaşayan minqrellər və qurlar Anaya Nana deyirlər (Глонти 1936. 237; Блейхштейнер 1936. 194-195). N.Y.Marr yazır ki, bəzi gürcü laylalarında nana sözü ana mənasında işlənir (Марр 1938. 36).Yafəs nəzəriyyəsinin tərəfdarlarına görə, Nana İran mənşəli ad deyil (Марр 1901. 9-11). Ancaq monoteizmə qədərki yevrey panteonunda ilahə Nənə var idi.

Bəzi İudeya qəbilələri Veneraya uyğun ilahələrini Nanea adlandırırdılar (Асохик 1864. 267). İberiyanın mağara-monastırlarındakı dualardan birində peyğəmbər Moiseydən sonra Ananın adı çəkilir. Başqa bir duada isə Ana Samuilin anası kimi təqdim edilir (Джанашвили 1908. 192, 285).
Yaqub peyğəmbərin nəslindən olan Samuil (Грець 1. 141-142) yəhudi deyildi. İsrail oğulları sonradan onu öz milli qəhrəmanlarına çevirmişlər. Suriya mənbələrində Samuilin adı Zarmer (Хоренский 1808. 35, 84), yəni Sarmazdır.
Zarmer bir müddət peyğəmbər Moiseyə qarşı çıxmış (Грець 1. 141), sonra onun nəsli Eneyin başçılığı altında Troyanın müdafiəsinə get-mişdir (Вигуру 1897. 535, 537).Eney Ankız ilə Bay Ananın, Sarmaz (Samuil) Elxan ilə Ananın oğludur. Troya əfsanələrinə görə, Eney Bay Ananın, Kənan nəslinin səcərəsinə görə, Samuil (Sarmaz) Ananın oğludur.
Fərq ondadır ki, Eneyin atasının adı Ankız (Вагнер 1901. 103), Sarmazın atasının adı Elkan (Грець 1. 141-142; Иосиф Флавий 52390. 293), yəni Elxan olmuşdur.İlahə Ananın övladları Fələstinin samilərə qədərki 6 nəslindən biridir.
M.Q.Canaşvili yazır ki, Ana xristianlıqdan öncəki kahinlərdən biri idi. Onun adı sonralar xristian dualara daxil edilmişdir (Джанашвили 1898. 29).
Əslində isə Ana yalnız Finikiyanın kahinlərindən biri deyildi. Eradan qabaq II minilliyin ortalarına aid Kül təpə mixi yazılarında Ana: 1. ilahənin, 2. şəhərin, 3. şəhərin hakiminin adıdır (Янковский 1968. 18. 51).
Müxtəlif dövrlərdə yazılmış kitabələrdə ilahə Anaya sitayiş edən nəsillər Anak, Anap, Eney Enakim və Anakim adlandırılır. Z.A.Raqozina yazır ki, anakimlər sami deyildilər. Ağüzlü, ucaboylu, sarışın saçlı o cəsur adamlar başqa irqdən idilər (Рагозина 1902. 33, 34).
İsraillərin və ərəblərin əcdadları uzun illər onlarla açıq döyüşə girməkdən çəkindilər. Nəhayət, kənanlar böyük say üstünlüyü ilə ilahə Ana övlad-larını məğlub edə bildilər. Semitoloqların fikrincə, anakimlərin çoxu samilər tərəfindən məhv edilmiş, sağ qalanlar sonralar xristian dinini qəbul etmişdir (Архимандрит Иероним 1883. 4; Вигуру 1897. 303; Рагозина 1902. 33, 84, 481).
Anakimlər İsrailin qədim əhalisi, israillilər o torpaqlara gəlmədir.Roma işğalı dövründə Ana nəslinin yəhudi dinində olan başçıları Anania titulu daşıyırdılar (Эрнст Ренан IV. 158). Nəzərə alsaq ki, -ia sami dillərində mənsubluq yaradan şəkilçidir (Блейхштейнер 1936. 195; Марр 505. 35; Марр 1922. 59), deməli, Anania titullu “erməni” din xadimləri türklərin Ana nəslindən çıxmışdır.
Anania soyadlı “erməni” yepiskoplarından biri V əsrdə yaşamışdır (Егише 1971. 42). Başqa bir Anania VII əsrdə yaşamış astronom və riyaziyyatçı Şira-katsi idi. Ermənilər fəxrlə bildirirlər ki, o, ilk kos-moqraf və təqvimçisidir.VII əsrdə yaşamış kosmoqraf Anania Şirakatsi Ana nəslindən çıxmışdır.
Anania, Anetsi, İncəçiyan, Saracişvili, Kaplanidze, Alagözyan soyadlı “erməni” və “gürcü” mütəfəkkirləri çoxdur. Onlar ermənilərin və gürcülərin yox, türklərin hakim zadəgan nəsillərinin başçıları idilər. Həmin nəsillər V-VI əsrlərdə sasanilər və yunanlarla, VIII-X əsrlərdə ərəblərlə döyüşlərdə məhv olub getmişdir.
Ana nəslinin bir qolu Albaniyaya gəlib, Uti vilayətində Ana şəhərini salmışdır.
Anania soyadlı kahinlərdən biri yəhudi tarixinə yalançı peyğəmbər kimi daxil olmuşdur. O, eradan qabaq VI əsrdə Babilin işğalı zamanı özünü peyğəmbər elan etmiş (Грець 2. 1907. 281), ancaq döyüşkən qüvvələri az olduğuna görə öldürülmüşdü.
Yunan və latın tarixçiləri ilahə Anaya sitayiş edən nəsilləri Aynian, Enian, İberiya salnaməçiləri Aynina və Anakli, ermənilər Anait adlandırırlar. Son antik və ellin mənbələrində göstərilir ki, aynianlar Midiyanın qonşuluğunda yaşayırlar (Алиев Играр 1960. 103).
Strabon yazır ki, aynianlar Araz çayının cənubundan Kür boyuna köçüb, Uti vilayətində eyni adlı şəhər saldılar (Страбон 1964. XI. VII, 1). N.Adonsa görə, enianlar Arazın sağ sahilindən Kür çayı boyuna, oradan qərbə (Адонц 1908. 420) – indiki Türkiyənin Şavşat mahalına köçmüşlər.
Ana nəslinin nümayəndələri özləri özlərini enian adlandırmırdılar. Onlar Albaniyanın Uti vilayətində, daha sonra Batum şəhərinin qərbində saldıqları şəhərlərə Ana adı vermişdilər. V-VIII əsr gürcü və erməni tarixçiləri həmin şəhərləri Ana kert və Ana berd adlandırırlar (Марр 1911. 1; Джуаншериани 1986. 97).
Bizim bəzi arxeoloq və tarixçilər Albaniyanın Ana şəhərini Yunanla eyniləşdirirlər. Onlar mövcud mənbələrin çoxuna istinad etmir, ana ilə aynian və enian etnonimləri arasındakı etnolinqvistik bağları görmək istəmirlər. Mən bu istiqamətdə axtarışlarımı yekunlaşdırmış və nəticələrini opponentlərimə bildir-mişəm (Джафарсой 2012. 81-87).
Gürcülərin Aneli, ermənilərin Anetsi soyadlı salnaməçiləri türklərin Ana nəslindən çıxmışdır.
İlahə Ananın övladları Albaniyaya gələndə hələ xristian deyildilər. Onlar xristian dinini qəbul edəndən sonra İberiyada Ana məbədinin yerində Anaur kilsəsini tikdilər. V.D.Dondua yazır ki, Ana nəslinə mənsub olan yepiskoplar Aneli soyadı daşıyırdılar (Дондуа 1967. 76).
K.P. Patkanov yazır ki, ermənilərin Mxitar Anetsi adlı salnaməçisi olmuşdur (Патканов 1883. 237).
Deməli, VII əsrdə yaşamış “erməni” salnaməçisi Mxitar da Ana nəslindən çıxmışdır. Azərbaycanda son çağlara qədər Analı, Anabad kəndlərinin varlığı (Cписок 1922. 58) göstərir ki, Ana nəslinin heç də hamısı İberiyaya, Çorox və Kür çaylarının başlandığı ərazilərə köçüb getməmişdir.Ana və Nənə kultlarının tarixi kökləri Şumer və Elam panteonundan gəlir. Çox önəmlidir ki, həmin mifik düşüncənin izləri arxaik türk inancında eyni və ya oxşar formalarda özünü göstərir.Afrodita ilahə Ananın Ellada variantıdır.Elamın və Şumerin aparıcı etnoslarının inancında ilahə Ana və Ama qadınları, doğumu, bərəkəti himayə edir. Körpə uşaqları xətərli ruhlardan qoruyur. Türk eposlarındakı Ağ Ana, Bay Ana, Umay, Umay Ene də həmin vəzifələri yerinə yetirir. Ağ Ana dalğa-ların arasındakı ağ köpüklərin içində qadın kimi gözə görünür və Tanrıya ilham verir ki, dünyanı yaratsın (Мифы I. 1980. 132; Cavad Heyət 1993. 65; Кударина 1980. 85-86).
Bizim üçün maraqlıdır ki, antik yunanların Aproditisi də dəniz üzərindəki ağ köpük arasında təsəvvür olunur. Bu da ondan irəli gəlir ki, yunanlar Anadolu etnoslarının Ana kultunu Afrodita adlandıraraq öz ölkələrinə aparmışlar.
Ana bütün troyalıların yox, Eney nəslinin ilahəsi olmuşdur. Son 70 ildə etnoqrafiyanın və dilçiliyin küncünə sıxışdırılmış türkologiya elminin (Nizami Cəfərov) əsas problemlərindən biri odur ki, Ön Asiyanın ölü dillərinin türk leksikası tədqiqat obyektinə çevrilməmişdir.
Əgər indiyədək Palay, Likiya, Xatti, Elam kitabələrinin dili öyrənilsəydi, biz nəinki İberiyanın, Elladanın və Misirin qədim mədəniyyətinin, dövlət-çiliyinin formalaşmasında rolumuzu sübuta yetirə bilərdik.İlahə Bay Ana Troyanın Afroditası olmuşdur (Суперанская 1990. 178; Çingiz Qaraşarlı 2012. 37). Mənim fikrimcə Bay Ana bütün troyalıların yox, Eneyin başçılığı altında Finikiyadan çar Pirama köməyə gələn enakimlərin ilahəsi idi. Qədim Ön Asiyada qadın ilahələr çox olmuşdur. Onların hamısı Ana və Ama adlanmırdı. Başqa etnosların Ana ilahələri İştar, Astar, Aster, Astarta, Minevra, Ardvisur, Afrodita, Pedrita, Berdax, Emim, Venera, Astqik və başqaları idi (Шопен 1852. 293; Рагозина 1902. 83; Рагозина 1903. 100; 230, 232; Вагнер 1901. 86; Тураев 1903. 41; Грець 2. 1907. 41, 107; Дьяконов 1990. 157) və s. Elamda hətta hər vilayətin öz Ana ilahəsi olmuşdur. Onlar öz etnik cizgiləri ilə bir-birlərindən fərqlənirlər (Юсифов 1968. 328). Ana sözü indi bütün türk dillərində ana, ama, eme, anne formalarında işlənir. Sami və bəzi hindavropa dillərində isə ona yalnız Bibliya mənşəli ad kimi rast gəlirik. Heç bir dil ailəsində ana sözü türk dillərində olduğu kimi geniş məna çalarlarına malik deyildir.Qədim Ön Asiyanın qeyri-ari və qeyri-sami dillərində ana sözü: 1. ana, 2. nənə, 3. qadın mənala-rında işlənmişdir. E. ö. II minilliyin ortalarına aid Palay kitabələrində anaya anna, Likiya yazılarında ena (Хойбек 1980. 315; Нойман 1980. 340), Kül təpə mixi yazılarında ana deyilir (Янковский 1968. 18. 51).
Qədim Ön Asiyanın qeyri-ari və qeyri-sami dillərində ana sözü: 1. ana, 2. nənə, 3. qadın mənaları bildirmişdir.beriyanın çoxdilli ədəbiyyatının xeyli nümunələri Azərbaycan ədəbiyyatının xristian qolu kimi tədqiqat obyektinə çevrilməlidir. Onların orijinalı yox, tərcümələri əlimizdə olsa da, yenə də köhnə nəsil tədqiqatçıların təhlilləri əsasında müəyyən nəticədə gəlmək mümkündür.
İber folklorunda Şirin dastanı
Fərhad və Şirin haqqında əfsanələr yalnız müsəlman şərq ölkələrində yayılmamışdır. Həmin əfsanələr Nizamidən və Firdovsidən qabaq Bizans imperiyasının cənub-şərq vilayətlərində mövcud idi.
“Şirin” dastanı İberiyanın türk nəsillərinə məxsusdur.irin dastanının bəzi süjetləri qədim erməni və iber adı altında gizlənən bir çox etnoslar arasında yayılmışdı (Марр 1899. 32; Себеос 1862. 59; Əkbər Yerevanlı 1968. 221).
Gürcülər sonralar Şirin əfsanəsini öz dillərinə tərcümə edib “Şirinoziani” adlandırdılar. Ancaq belə bir gerçəkliyi dana bilmədilər ki, süjetdəki hadisələr Gürcüstanda yox, Turanda baş verir (Хаханов 1901. 42, 39. 63).

N.Gəncəvinin tədqiqatçıları etiraf edirlər ki, Şirin haqqında əfsanələr XII əsrə qədər bəzi Qafqaz xalqlarının ağız ədəbiyyatında mövcud olmuşdur (Алиев 1960. 20-26; Beqdeli 1970. 38). Ana məbədlərində xristianlıqdan qabaq salnamələr yazılırdı. Belə hesab edirik ki, N.Gəncəvinin Bərdədə gördüyü əlyazma Şirin, Xosrov və Fərhad haqqında yeganə əlyazması olmamışdır. Çünki xristianlıq dövründə kilsələrdə, xristianlıqdan qabaq bütpərəst məbədlərdə salnamələr yazılırdı. İberiyada xristianlıq dövrü salnamələri Bazar, Safar, Kərəm, Ucarma şəhərlərində yazılırdı (Джанашвили 1900. 20; Хаханов 1901, 99). Xristianlıqdan qabaqkı salnamələrin yazıldığı əsas məbədlər Ana və Ani məbədləri idi (Марр 1917. 38).
Fərhad və Şirin mövzusunu yalnız Nizaminin, Firdovsinin poemaları əsasında öyrənmək olmaz. Ona görə ki, həmin əsərlər tarixin özü deyil, tarixin kölgəsidir. Qəzənfər Əliyev 1960-cı ildə Moskvanın “Nauka” nəşriyyatında çap etdirdiyi kitabında yazır ki, şərq şairləri Xosrovla Şirinin arasında yaşanan eşqə sonralar çoxlu əlavələr eləyiblər (Алиев 1960. 196-197).
Doğrudan da Nizami Gəncəvinin “Xosrov və Şirin” mənzum romanında elə süjetlər və personajlar var ki, onların adına tarixi mənbələrdə rast gəlmirik. Bu da təbiidir. Çünki Nizami tarix yazmırdı, hadisələrin poetik mənzərəsini yaradırdı.Şirin tarixi şəxsiyyət olub, VII əsrdə yaşamışdır. Şirin kultunun kökləri isə tarixin dərinliklərindən gəlir.
Şirin və Xosrov haqqında ilk yazılı mənbələr VII əsrə aiddir. Həmin mənbələrdən üçündə onlar tarixi şəxsiyyətlər kimi verilmişdir. Hər üç əsərin müəllifi Bizansla İran arasında müharibələrin şahidi idi.Şirin haqqında ilk məlumatları qələmə alan tarixçilərdən biri Feofilakt Simokatdadır. Əslən Misirdən olan F.Simokatta Bizans imperatoru İraklın katibi olmuş, Bizansla İran arasında döyüşləri gözləri ilə görmüşdür.
Şirin haqqında məlumat verən ikinci tarixçi yepiskop Sebeosdur. Sebeos (VII əsr) “İmperator İraklın tarixi” kitabında Şirinin ağlı, gözəlliyi, xristian təəssübkeşliyi haqqında məlumat verir (Себеос 1862. 136, 194).
Ardı var
