Daşkəsən rayonunda müharibə veteranları şəhid kapitan Həmid Cəfərli, gizir Orxan Cəfərli və əsgər Murad Cabbarovun ailə üzvləri ilə görüşüblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi , ehtiyyatda olan polkovnik Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirdi ki, veteranların baş çəkdiyi şəhid ailələrini Təşəkkürnamə təqdim edilib.
Şəhidlərimizin əziz xatirəsi anılaraq müqəddəs ruhlarına dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim



Bu xəbəri paylaşın:
