
İlhami Cəfərsoy
Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri
(Əvvəli: https://fedai.az/?p=56063)
Elmi redaktor: Tofiq Hacıyev
Yepiskop Sebeos Şirini erməni qızı kimi təqdim etmir, sadəcə bildirir ki, o, xristiandır. Üçüncü mənbə VII əsrə aid müəllifi məlum olmayan Suriya xronikasıdır. Həmin salnamədə başqa mənbələrdə olmayan maraqlı bilgiləör vardır (Пигулевская 1941. 3-171).
Həmin bilgilərə görə, Şirin aramey qızıdır (Алиев 1960. 21-26). Ancaq yanlış olaraq bəzi tədqiqatçılar aramey qızı deyimini erməni qızı kimi başa düşürlər.N.Gəncəvi Şirini Aran, Abxaz və Ərməniyyə hakimi Məhin banunun qardaşı qızı və vəliəhdi kimi təqdim edir. Ərməniyyənin hakimi olmaq hələ erməni olmaq deyil. Ermənilər tarixi qaynaqlara yox, Nizaminin və sonrakı şairlərin poetik düşüncəsinə istinadən Şirinin erməni qızı olduğunu iddia edirlər. Onların səyləri nəticəsində Şirin Böyük Sovet Ensiklopediyasına erməni qızı kimi daxil edilmişdir.Şərq şairlərindən fərqli olaraq Bizans-İran müharibələrinin şahidi olan salnaməçilər Şirinin etnik mənsubiyyəti haqqında bir söz demirlər. Sadəcə bildirirlər ki, o, xristiandır aramey və ya rumludur (Алиев 1960. 11. 23).“
Şirin VII əsr anonim Suriya salnməsinə görə aramey qızıdır. Arameylər erməni deyil. «Albaniya tarixi”ndə Şirinin adı çəkilmir. Göstərilir ki, o, Xosrovun arvadıdır və xristiandır. Xristianları himayə etmiş, Albaniya katolikosu Vironu 30 illik sürgündən azad edib, ölkəsinə qaytarmışdır. Musa Kaqankatuklu yazmır ki, həmin xristian qadın alban və ya ermənidir.
Qəzənfər Əliyev belə hesab edir ki, Şirinə aid olan rumlu sözü romalı demək deyil. Bu söz bizanslı kimi başa düşülməlidir (Алиев 1960. 22, 23). Ancaq bizanslı hələ yunan demək deyil. Çünki Bizans o zaman çoxtayfalı dövlət idi. Onun ərazisində çoxdilli xalqlar yaşayırdılar. Ərəb işğalı ərəfəsində Bizansın cənub sınırları İordan çayına və Xuristanın Bərdək şəhərinə çatırdı.
Öncə qeyd etdiyimiz kimi, nə yepiskop Sebeos, nə də Feofilakt Simokatda Şirinin etnik kimliyinə toxunmuşlar. Yalnız VII əsr anonim Suriya xronikasında onun aramey qızı olduğu göstərilir (Пигулевская 1941. 69; Алиев 1960. 30).
Aramey Suriyanın sami dilli mənbələrdə adıdır. Aramey adı altında tarixən çoxlu xalqlar gizlənmişdir. Onların arasındakı həm sami, həm türk mənşəli nəsillər var idi.

VIII əsrdən sonrakı müsəlman tarixçiləri aramey adını ərmən kimi yazıya almışlar. Təbəri, Cahiz, Zəkəriyyə Qəzvini və b. yazırlar ki, Şirin ərmən vilayət hakimlərindən birinin qızıdır (Beqdeli 1970. 22, 42). Nizamidən sonrakı şairlər ərmən və aramey etnik adlarını fərqləndirmədən özlərindən qabaqkı məlumatları təkrar edirlər. Burada incə bir məqama diqqət yetirmək lazımdır. Arma bütün ermənilərin yox, ermənilərin mənşəyinə daxil olan etnoslardan birinin adıdır. Bu barədə Suriya tarixçisi Mar Abasa (e. ö. III əsr) istinadən Musa Xorenli məlumat verir (Шопен 1866. 494; Albaniya tarixi 1993. 19; Хоренский 1893. 289). Babilin Assuriya üzərində qələbəsindən sonra (e. ö. VII əsr) Kimer mənşəli Bərdəkin (Musa Xorenlidə Paruyrun) başçılığı latında Arma adlanan yeni tayfa ittifaqı yarandı. B.B.Piotrovski 1946-cı ildə nəşr etdirdiyi “Erməni xalqının tarixi” kitabında bu etnik prosesə diqqəti cəlb etmişdir (Пиотровский 1946. 12, 31, 46).
Şirin Bərdəlidir, yəni Elamın Bərdək nəslindəndir. N.Gəncəvi onu Albaniyaya gətirmişdir.
Arma, aramey tayfa ittifaqının hakim nəsli kumerlər, vassal nəsilləri samilər idi. N.Gəncəvi deyəndə ki, Şirin Ərmən elinə qayıtdı, bu, o demək deyil ki, o, erməni qızıdır.
Şirin bir zaman arameylər üzərində hökmran olan Bərdək nəslindən çıxmışdır.Şirinin etnik mənsubiyyətini öyrənmək üçün ən tutarlı mənbə yepiskop Sebeosun (VII əsr) “İmperator İraklın tarixi” əsəridir (Себеос 1862. 3-176). Sebeosun fikrincə, Şirin mənşəcə Xuriztanın xəzinədarlar nəslindən çıxmışdır (Себеос 1862. 49-51).
Sebeos yazır ki, Xosrov Pərviz Bizansla müharibə ərəfəsində əmr etdi ki, İran ərazisində yaşayan bütün xristianlar ermənilərin məzhəbini qəbul etsinlər, Şirin həmin qərarla razılaşdı (Себеос 1862. 136).
Şirin erməni qızı olsaydı, Xosrov Pərvizin qərarına sevinərdi. Əksinə o, erməni adını eşidəndə məyus olur.
Əgər Şirin erməni qızı olsaydı, şahın qərarını sevinclə qarşılayardı. Ancaq göründüyü kimi o, bir qədər tərəddüd edir və durumun çıxılmaz olduğunu görüb, razılaşmalı olur.
Ancaq elə hallar da olurdu ki, 36 il Sasani sarayının baş xatunu olan Şirin (Beqdeli 1970. 28) şahın qərarı ilə razılaşmırdı. İmperator Mavrikinin xahişi ilə Xosrov Pərviz xristian müqəddəslərdən birinin sümüklərini Xuzistandan Bizansa göndərəndə Şirin etiraz etmişdi. Əgər Şirin yerli yox, rumlu və ya Bizans mənşəli olsaydı, şahın qərarına sevinərdi. Belə hesab edirik ki, Xuzistan kilsələrinin Bizansa meyli etnik yox, siyasi faktorla bağlıdır. Çünki atəşpərəst İranın qorxusu qarşısında qədim Elam kültürünün daşıyıcıları olan xuzistanlılar xristian Bizansın timsalında özlərinə arxa axtarırdılar.Yepiskop Sebeos yazır ki, Şirin xujastanlı, yəni xuzistanlıdır və ölkənin xəzinədarlar nəslindəndir (Себеос 1862. 49, 50, 51). Bu fakt Əbülqasim Firdovsinin Şirinin mənşəyi haqqında məlumatının gerçəkliyə uyğun olmadığını göstərir.
Anşan, Şuşa və Bərdək Elamın üç güclü nəsli olmuşdur.
Xəzinədarlar dövləti həmin nəsillərin yurdlarında yaradılmışdır.Şirinə mənfi münasibətini gizlətməyən Ə.Firdovsi yazır ki, o, hökmdar nəslindən deyildir.
Ancaq bu, Qəzənfər Əliyevin və Qulamhüseyn Beqdelinin düşündüyü kimi, o demək deyil ki, o zadəgan nəslindən çıxmamışdır. Şirinin əcdadları sonralar Xuzistan adlanan Elamda federativ dövlət yaratmışdılar. Əhəmənilər həmin dövləti məhv edərək onun xarabalıqları üzərində yeni imperiyanın əsasını qoydular. Ölkənin mərkəzi şəhəri Şuşa (bəzi mənbələrdə Suz, Suş) onların inzibati iqamətgahına çevrildi (Рагозина 1903. 356).
Elamın süqutundan sonra ölkənin zadəgan nəsilləri inanılmaz bir mətanətlə özlərindən qat-qat güclü olan əhəmənilərə qarşı çıxdılar və üç şəhərdə xəzinədarlar dövlətini qurdular.
Makedoniyalı İsgəndər əhəmənilərin varlığına son qoyanda xəzinədarlar onu sevinclə qarşıladılar. İsgəndər əhəmənilərin əzəli düşməni olduqlarını nəzərə alaraq xəzinədarların dövlət statusunu tanıdı (Yusifov 1993. 327; Fazili 1970. 78).
Şirin Xəzinədarlar dövlətinin hansı nəslindən çıxmışdır, bu, məlum deyil. Dövlətin üç güclü nəsli Anşan, Şuşa və Partaq (sonrakı Bərdə) idi. Düşünürük ki, Şirin bu üç nəsildən birinin – Bərdək nəslinin nümayəndəsidir.Məlumdur ki, qədim Elam dövləti etnik tərkibinə görə yekcins deyildi. Ölkədə üç irq (ağ, qara, palıd) və üç dil mövcud idi (Массон 1964; 321; Юсифов 1968. 91; Историография 2002. 17). Həmin dillər kam (hami), sam (sami) və türk dillərinə qohum idi. Z.A.Raqozina 1903-cü ildə nəşr etdirdiyi “Midiya tarixi” kitabında yazır ki, həmin dillərin heç biri əhəmənilərin və sasanilərin dilinə bənzəmirdi (Рагозина 1903. 311, 318).

Baqastan kitabəsinin 3-cü mətni arxaik türk dillərinin birində yazılıb.
Baqastan (N.Gəncəvidə Bisütun) yazılarının bir mətni o üç dildən birində yazılmışdır. Rus alimi Z.A.Raqozina, alman alimləri Ernst Herzfeld və Fridrix Vaysbax XIX əsrin sonu – XX əsrin əvvəllərində müəyyən etdilər ki, Baqastan qayasının Anşan dilində yazılan mətni iltisaqi olub, türk və ya Turan dillərinə qohumdur (Рагозина 1903. 318; Herzfeld 1930. 12-19; Veissbach 1911. 3-241).
Baqastan qayasının Anşan mətni iltisaqi olub, türk və ya Turan dillərinə qohumdur. Sonra N.Y.Marr həmin mətn üzərində tədqiqatları davam etdirdi. 1914-cü ildə Peterburqda və 1920-ci ildə Leypsiqdə nəşr etdirdiyi əsərlərində bildirdi ki, Baqastan yazılarının 3-cü mətni Yafəs dillərinə qohumdur. Əhəmənilərin təzyiqi ilə Qafqaza köçən Elam nəsilləri burada yerli xalqlarla qaynayıb-qarışmış, Elam dilinin təsiri ilə Cənubi Qafqazın Yafəs dilləri formalaşmışdır (Марр 1914. 3-76; Марр 1920. 3-54).
N.Y.Marr Yafəs dilləri deyəndə mümkün qədər orada türk etnolinqvistik faktorunun üstündən keçməyə çalışır. Ancaq ondan fərqli olaraq erməni mənşəli Türkiyə alimi Aşot Dilaçar Fridrix Vaysbax kimi Elam dilinin türk dilləri ilə qohum olduğunu bildirir (Veissbach 1911. 3 – 241; Dilacar 1936. 10-62).
Albaniya və İberiyanın qəbilə-tayfa dillərinin tədqiqi göstərir ki, N.Y.Marr qismən, F.H.Vaysbax tamamilə öz fikirlərində doğrudur.
Q.Beqdeli və Q.Əliyev belə hesab edirlər ki, Şirin əfsanəsi Xuzistanda yaranmış, sasanilərin zamanında Qafqaza gəlmişdir. Belə hesab edirəm ki, Fərhad və Şirin əfsanəsinin daha arxaik variantları əhəmənilərin zamanında Qafqaza gəlmiş, sasanilərin zamanında davam etmişdir. Həmin əfsanələri Elamdan Albaniya və İberiyaya köçən Şuşa və Bərdə nəsilləri gətirmişlər.
Şirin qədim Ön Asiya etnoslarının panteonunda sevgi mələyi idi.Elamdan Albaniyaya köçən nəsillər üç Bərdək, iki Şuşa şəhərini salmışdır. Bu barədə mən öz tədqiqatımın nəticələrini elmi ictimaiyyətə çatdırmışam (Cəfərsoy 2008. 78-84; Cəfərsoy 2012. 49-55).“Şirinoz” dastanını Elamdan Arana, oradan Kaxetiyə köçən Bərdək və Şuşa nəsilləri gətirmişdir. Fikrimi onomastik və etnolinqvistik faktlar təsdiq edir: Elamda Baq – Albaniyada Qarabağ və Ağbağ, Elamda Şuşa – Albaniya və İberiyada Şuşa, Elamda Partaq – Albaniyada Bərdək, İberiyada Berdak və s.
Şirin qədim ön Asiya panteonunda sevgi mələklərindən biri, orta yüzil tarixçilərinin əsərlərində gerçək tarixi şəxsiyyətdir. Aralıq dənizi hövzəsinin şərq ucqarlarında Seren adlı qadınlar çox idi. Şirin onlardan biri olub, Xosrov Pərvizin zamanında yaşamışdır. O, füsunkar gözəlliyi və ağlı ilə 36 il 12 min qadının toplaşdığı Mədaim hərəmxanasını idarə etmişdir. Hətta tam təsdiq olunmamış məlumatlara görə, Şirin Xosrov Pərvizi öz dinindən döndərmişdir. Oğlu Qubad (N.Gəncəvidə Şiruyə) həbsxanaya saldırdığı atasını ittiham edir ki, o, öz əcdadlarının dininə sadiq qalmamışdır.
Şirini Xuzistanın Bərdək şəhərindən Albaniya Bərdəsinə N.Gəncəvi gətirib.Əbdürrəşid Bakuvi yazır: «Qəsri-Şirin Bağdadla Həmədan arasında, Xabur çayının Fərat çayına töküldüyü yerdə yüksək qayalıq sahildə salınıb. Onu Xosrov Pərviz Allahın gözəl məxluqlarından biri Şirin üçün tikdirib» (Bakuvi 1992. 102-103).
Şirin öz qəsrində əyləşib, şah sarayından çox da uzaq olmayan yerlərdə kilsələr, monastırlar tikdirirdi. Keşişlər, rahiblər dövlət xəzinəsindən paltar və maaş alırdılar (Себеос 1862. 50). Hətta o, Xosrovdan qabaqkı əri Fərhadı (Suriya salnaməsində Poratı) Xuzistana gətirtmiş və bütün İran xristianlarının başçısı təyin etmişdi (Алиев 1960. 30).
Fərhad və Fərat Porat totem adının dəyişilmiş formalarıdır.Bəzi mənbələrə görə, Şirinin yepiskop seçdirdiyi adam onun öz yerlisi Poratlı Qriqori idi. Bəsrə ilə Xuzistan arasındakı Porat ölkəsi (Алиев 1960. 33, 35) Ərəb xilafəti yaranana qədər gah yunanların, gah da farsların təsiri altına düşürdü.Nəzərə alsaq ki, Porat Fərat, Fərhad adının arxaik variantıdır, onda Fərhadın Şirinin ilk əri olması haqqında epizodik qeydlərə inanmaq olar. Başqa bir mənbəyə görə, Şirinin İran kilsələrinə başçı təyin elədiyi adam Kaşqarlı Qriqori olmuşdur.
Porat boz at deməkdir. Çünki Ön Asiyanın bəzi qədim etnosları Fərat çayına boz at qurban kəsərdilər.
Biz Kaşqar deyəndə Mahmud Kaşğarinin doğulduğu Çin Türküstanının Kaşğar mahalını başa düşürük. Ancaq bundan çox-çox qabaq e. ö. I minillikdə Şimali Suriyada (Дяконов 1951. 293; Yusifov 1993. 343) və bizim eranın V-XI əsrlərində Xuzistanla Bəsrə arasında Kaşqar adlı ölkələr və şəhərlər olmuşdur (Егише 1971. 162; Ибн-Хордадбех 1986. 148).
Assuriya hökmdarı II Assurnasirapal Su çayını keçərək Kaşqar şəhərini tutmuşdu. Assuroloqların Kaşiar kimi oxuduqları şəhərin və dağın adı Kaşğar olmuşdur. Ona görə ki, orta əsr mənbələrində bu ada Kaşiar yox, Kaşğar və Kaşqar variantlarında rast gəlirik (Егише 1971. 162; Ибн-Хордадбех 1986. 148). Eyni zamanda mixiyazılı kitabələrdə “ğ” səsi “ia” sillabik formantı ilə verilir.
Belə hesab edirik ki, Kaşqar ölkəsinin əhalisi indiki Qaşqay türklərinin əcdadlarıdır. Qaşqaylar indi də həmin ərazidə – Xuzistanla Fars körfəzinin arasında yaşayırlar (Sanan Azer 1942. 12).
Şirinin sağlığında – VII əsrdə Dəclə və Fərat çaylarının arasındakı Kaşqar kilsəsi yepiskopluq mərkəzi idi (Ибн-Хордадбех 1986. 148). Belə hesab edirik ki, Şirin Fərhadı Bizansdan yox, Bizansla İran arasındakı Kaşqar şəhərindən öz yanına gətirmişdir. Xosrov Şirinə deyir ki, Bəhram Çubinlə döyüşdə sənin əvvəlki ərinə rast gəldim. Şirin çox keçmir ki, öz keçmiş ərini kilsəyə gətirdir və bütün xristianlara əmr edir ki, onu özlərinə mənəvi başçı seçsinlər.
Mixail Asorinin və bəzi erməni salnaməçilərinin yazdığına görə, Şirinin imperator Mavrikinin qızı Məryəm olmuş, Xosrova gələndən sonra Şirin adı almışdır (Себеос 1862. 197).
Fikrimizcə, Şirin Porat və Kaşqar mənşəli gözəllərin titulu olmuşdur. Gözəllərin hansı öz ağlına, fərasətinə görə saraylarda baş xatun ola bilirdisə, o, Şirin tituluna layiq görülürdü. Çünki Şirin kultu Xosrovdan və Bizans imperatoru Mavrikidən çox qabaq Aralıq dənizinin şərqinədəki etnosların inancında mövcud idi.
Qəzənfər Əliyev yazır: «Şirin başqa bir adın dəyişilmiş forması deyilsə, fars sözüdür» (Алиев 1960. 35). Şirin necə fars sözü ola bilər ki, o, II minilliyin sonlarında indiki Türkiyənin cənubunda yaşayan etnoslardan birinin sevgi ilahəsi olmuş, oradan Seren formasında qədim Ellada panteonuna keçmişdir.Şirin Seren mələk adının dəyişilmiş variantıdır və fars sözü deyil.
Ernst Renan yazır: «Aralıq dənizi hövzəsinin bəzi qədim etnosları öz dəniz mələklərini Siren adlandırırdılar» (Эрнст Ренан IV, 226).
Belə hesab edirik ki, Şirin adı əski Siren teoniminin dəyişilmiş formasıdır.Bizans tarixçisi Feofan (– 817) Şirinin adını Seiren kimi yazıya almışdır (Алиев 1960. 26). Feofilakt Simokatta Şirini Sira (Себeос 1862. 196) adlandırır. XII əsrdə yazılmış bir Suriya salnaməsində də bu ad Sira kimi göstərilmişdir (Бертельс 1956. 107).
Şota Rustavelidə Siren cənnətdə gözəl səslə oxuyan quşlara deyilir (Шота Руставели 1982. 332). Alban əsilli gürcü şairi Şota Uruztaveli əfsanəvi Siren obrazını qədim Ellada folklorundan götürmüşdür. Homerdə Siren gözəl səsli dəniz mələklərinin adıdır. Onlar ecazkar mahnıları ilə dənizçiləri özlərinə məftun edir, sonra uzaq bir adada suda batırıb öldürürdülər (Авраам Норов 1828. 188).
Seren Homerə görə, gözəl səsli dəniz mələkləridir.İberiya folklorunun Şirin obrazı Nizaminin və Firdovsinin Şirininə az bənzəyir. Ellada ədəbiyyatında olduğu kimi İberiya folklorunda Şirin əfsanəvi nəğməkar qızlardan biridir (Хаханов 1901. 59. 63).

Ellada folklorunda Şirin şərq ədəbiyyatında olduğu kimi sevimli qızlar deyildir, qorxulu dəniz mələkləridir. Buna səbəb nədir? Səbəb odur ki, Siren yunanlara yad olan Şərqi Aralıq dənizi xalqlarının mələkləridir. Qədim yunanlar yalnız Şireni yox, Ön Asiyanın bir çox xeyirxah ilahələrini mənfi obrazlar kimi öz panteonlarına daxil etmişlər.
Yunan və İran folklorunda Şirin mənfi obrazdır.Erməni folklorunda Şirin bəzən Sirun adlandırılır (Əkbər Yerevanlı 1968. 221). Sirun eyni zamanda erməni dilində sevgi deməkdir. Qədim erməni, yəni H’ay dilində isə sevməyə, sevilməyə sire deyilir (Марр 1903. 16).
Bundan əlavə Vardanın “Tarix”ində siram sözü var. N.Y. Marra görə, siram əkinlə, cücərti ilə bağlı naməlum sözdür (Марр 1899. 32). Belə hesab edirik ki, burada məlum olmayan bir şey yoxdur. Mənşəcə türk olan xristianlıqdan öncəki h’aylar (Джафарсой 2008. 80-86) qadın yaradıcı gücünə siram deyirdilər. Sir – “sevgi”, am – “qadın” deməkdir. Am, ama sözləri qadınla bağlı sözlər kimi tarixən bulqar-çuvaş dillərində işlək olmuşdur. Ari mənşəli etnoslar sevməyə lov, love, lyubov deyirlər. Samilər isə həmin anlamda aşk, eşq sözlərini işlədirlər.
XIX əsrdə yaşamış çuvaş şairi Maksim Arzamasov yazır ki, xristianlıqdan qabaq çuvaşlar sevgi ayini keçirərdilər. Həmin ayin siren adlanardı (Родионов 1983. 21-22).VII əsrin başqa tarixçilərindən fərqli olaraq yepiskop Sebeos Şirini bambiş adlandırır (Себеос 1862. 50).
Bambiş pəhləvicə yox, türkcə xatunlar xatunu deməkdir.Qəzənfər Əliyevin və Qulamhüseyn Beqdelinin fikrincə, bambiş pəhləvi dilindəki banui banuan, yəni xanımlar xanımı sözündəndir (Алиев 1960. 27; Бегдели 1970. 16).
Düzdür, pəhləvicə banui-banuan baş xatun deməkdir. Ancaq onun bambiş tituluna bir aidiyyatı yoxdur. İlk öncə ona görə ki, Q.Əliyev və Q.Beqdeli bu titulu banbiş kimi qəbul etsələr də, ilkin mənbələrdə o, banbiş yox, bambiş formasında yazıya alınmışdır (Себеос 1962. 50; Фавстос Бузанд 1953. 36; Абегян 1975. 576).
Qədim erməni mənbələrində yalnız Şirin yox, bütün zadəgan qadınları bambiş adlandırılır. H’Ay dilinin tədqiqatçılarının demək olar ki, hamısı bambiş titulunu xatunlar xatunu kimi izah edirlər (Абегян 1975. 575). İltisaqi dilli h’aylar şah və zadəgan xatunlarına ibambiş deyirdilər.
ltisaqi dilli h’aylar (indiki ermənilər yox) qədim türklər kimi baş xatunlara bambiş deyirdilər. Bam türk dillərindəki am, yəni qadın, biş baş, böyük sözləridir.İberiya, Ellada vəqədim bulqar folklorundakı Siren N.Gəncəvinin Şirin obrazının arxaik variantlarıdır.
Bam sözünə qadın, qız mənasında Dədəmiz Qorqudun kitabında təsadüf edirik. Beyrək dastanda bamsı titulu daşıyır. Bu da çoxlu qadına sahib olan deməkdir. Beyrək Banu Çiçəkdən qabaq kafir qızı Selcan xatunla evlənmiş, bu izdivacdan böyük bir kənd törəmişdi. Həmin kənd Amışqa adlanırdı. Kəndin sakinləri deyirdilər ki, biz xristian olsaq da, türk əsilliyik, Beyrəklə Selcan xatunun nəslindənik (Бартольд 1999. 316).
Amışqa adının kökündə am, yəni qadın sözü durur. Biz xristian salnamələrini tədqiq etdikcə görürük ki, orada yüzlərlə bu cür adlar, titullar var.İberiya folklorundakı Şirinoz, Ellada panteonundakı Siren, çuvaş folklorundakı Seren N.Gəncəvinin Şirin surətinin arxaik variantlarıdır. Dinlər, ayinlər 4 min illik bir dövr ərzində dəfələrlə dəyişilmiş, qədim Siren kultu öz ilkin məzmununu itirmişdir.
Yalnız dəyişməyən bir şey var. O da Siren sözünün sevgi anlamıdır. Çuvaşlar xristian dinini qəbul edənə qədər hər ilin yaz fəslində keçirdikləri sevgi ayinini Siren adlandırardılar
