Biləsuvarda şəhidin doğum günü qeyd olunub

Biləsuvar rayonu Xırmandalı kəndi 1 saylı kənd orta məktəbində şəhid Elvin Tərlan oğlu Məmmədovun doğum günü qeyd olunub.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvləri olan müharibə veteranları iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.


Şəhid Elvin Məmmədovun məzarı ziyarət olunub, məzarın üzərinə gül qoyulub və ruhuna dualar oxunub. Xırmandalı kəndi 1 saylı kənd orta məktəbinin müəllim — şagird kollektivi hazırladığı ədəbi-bədii kompozisiya iştirakçılara nümayiş edilib.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov çıxış edərək, Vətən müharibəsində Azərbaycan əsgərinin, şəhid və qazilərimizin yazdığı şanlı tarixdən danışıb.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: