Verilən məlumatlara görə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.
Fedai.az Bakupost.az-a istinadla xəbər verir ki, guya hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Məlumatda faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparıldığı bildirilir.
P.S. Bu informasiyanın ciddi araşdırmaya ehtiyacı var. Düşmən bu cür informasiyalarla artıq Vətən müharibəsinin simvoluna çevrilmiş qəhrəmanlarımızı hədəfə gətirmək istəyir. Əgər bu informasiya deyildiyi kimidirsə, bu əməli törədən ən pis ermənidən də pisdirlər və layiqli cəzalarını almalıdırlar. Çünki bunun bir düşmən sifarişi olduğu gün kimi ortadadır…
