Qarabağ separatçılarından növbəti RƏZİLLİK: Bayrağımızı TƏHQİR ETDİLƏR

Qarabağ separatçıları rəzil və iyrənc hərəkətlərini davam etdirirlər.

KONKRET.az xəbər verir ki, Xocavənd rayonu Azərbaycanın əzəli və əbədi torpağıdır. Tolerantlığımıza görə hələ də ermənilər bu torpaqlarda yaşayır.

Azərbaycan həmişə humanistlik göstərib, ona görə hazırda nə qədər azsaylı, etnik mənşəli xalq varsa Azərbaycanda, elə sevə-sevə yaşayırlar ölkəmizdə.

Lakin Qarabağ separatçıları və onların tör-töküntüləri murdar xislətindən əl çəkmir. Gəmidə oturub gəmiçi ilə dava etmək, onlarınkı olmayanı özününküləşdirmək isə ermənilərin qədim peşələrindən biridir.

Belə ki, Qarabağ separatçılarının “Avo” (beynəlxalq terrorçu Monte Melkonyanın adını daşıyır) futbol klubu Xocavənddə (Azərbaycanın Qarabağ bölgəsində RSK-nin məsuliyyət zonası) yerləşir. Yəni Azərbaycan torpağında yaşayan ermənilər özlərinə futbol komandası yaradıblar. Yaşadıqları torpağa, onun rəmzlərinə nəinki hörmət hətta ən alçaq davranışlarını sərgiləyiblər.

Komanda növbəti oyununa çıxmazdan öncə Azərbaycan bayrağını tapdalayıb, ayaqlarını silib, tüpürüb keçiblər. “Onlar sadəcə futbolçudur, idman siyasətdən kənardır!” deyən ermənilər görəsən buna nə ad verəcəklər?!

Bu onların gücsüzlüyünün əlamətidir. Azərbaycan Ordusunun qabağında diz çökən erməni ancaq belə cansız bayraqla mübarizə apara bilər. Və inanırıq ki, bayrağımızı təhqir edən bu murdarlar mütləq layiqli cavablarını alacaqlar!

Həmin videonu təqdim edirik:Video Oynadıcı00:0000:22

Videonu buradan izləyə bilərsiniz.

Xuraman Etibarlı, 

KONKRET.az

Bu xəbəri paylaşın: