ERMƏNİLƏRİN «QOCA TÜLKÜSÜ» MÜSƏLMAN ÖLKƏLƏRİNƏ DİLƏNMƏYƏ GEDİB

Ölkəsinin iqtisadi və siyasi cəhətdən ağır vəziyyətdə olmasına baxmayaraq, öz xalqı tərəfindən «Qoca Tülkü» ləqəbi ilə tanınan Ermənistanın yalançı prezidenti Armen Sərkisyan xüsusilə son zamanlar müsəlman ölkələrinə səyahət etməklə məşğuldur. Hər yerdə yaltaqlığı ilə tanınan bu şərəfsizə daşnaklar tərəfindən verilmiş əsas tapşırıqlar isə hər kəsə məlumdur:

— Müsəlman ölkələrində olan erməni səfirliklərində diaspora üzvləri ilə xüsusi söhbətlər etmək və həmin ölkələrin rəhbərləri ilə görüşmək, onlardan müxtəlif yardımlar istəmək. Ən başlıcası isə, Azərbaycanı «günahsız» Ermənistana qarşı bir aqressor dövləti kimi tanıtmağa cəhd etmək.

Ermənistan prezidenti A. Sərkisyan Qətərin erməni icması ilə görüşərkən bütün ermənilərə belə bir müraciət edib: — «Bu məğlubiyyət ağrılıdır, faciəlidir, çünki minlərlə gənclərin həyatını itirmişik, onların hər biri ailəmizin üzvüdür. Amma gələcəyi də düşünməliyik. Bu gün düşünməsək, o zaman daha çox çətinliklərlə üzləşəcəyik. Millət olaraq birləşsək, bu vəziyyətdən çıxacağıq».

A. Sarkisyan öz səfərinə toxunaraq, xüsusilə qeyd edib: “Bu səfər zamanı mən əmirlə, atası Şeyx Moza və digər rəsmi şəxslərlə görüşdüm. Onlar dövlətimizə, xalqımıza isti münasibət bəslədiklərini, əməkdaşlığa hazır olduqlarını bir daha təsdiq etdilər. Söhbət “Qətər Fondu”ndan gedir. Fondun Şeyx Moza ilə, xüsusən də müasir texnologiyalar, elm, informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan danışdıq. Şeyx Moza bir az əvvəl Ermənistanda olub və olanlardan çox təsirlənib, buna görə də Ermənistana yenidən ziyarət etmək niyyətindədir».

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: