Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
Dekabrın 12-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül qoyublar.
***********************
12 dekabrda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun rəhbərliyi ilə müharibə veteranları ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib gül qoyublar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rayon şöbələri analoji tədbirlərdə iştirak ediblər.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan



