İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-ü Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşəcək.

Bu barədə məlumatı NATO-nun rəsmi saytı yayıb.

İlham Əliyev və Yens Stoltenberq görüşdən sonra NATO-nun Baş Qərargahında mətbuat konfransı keçirəcəklər.

Məlumata əsasən, İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək.

Bu xəbəri paylaşın: