Çin rəsmisi beynəlxalq ictimaiyyətə çağırış etdi

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin ABŞ-ı Əfqanıstana görə tənqid edib.

  O, verdiyi açıqlamada vurğulayıb ki, ABŞ Əfqanıstanda öldürdüyü məsum körpələrə və insanlara görə hələ də məsuliyyətə cəlb olunmayıb.   «Bir tərəfdən demokratiya sammiti təşkil edən ABŞ digər tərəfdən hələ də Əfqanıstanda öldürdüyü insanlara görə beynəlxalq şəkildə cəzalandırılmayıb.

Əfqanıstanda ailələri qətlə yetirənlər ABŞ-ı kimə şikayət edəcəklərini bilmirlər», — deyə Vanq Venbin diqqətə çatdırıb.  

Çin rəsmisi beynəlxalq ictimaiyyəti ABŞ-a görə hərəkətə keçməyə çağırıb.

Mənbə: eastnews.org

Bu xəbəri paylaşın: