Aİ Şərq Tərəfdaşlığı proqramına 2 mlrd avrodan çox sərmayə qoymaq niyyətindədir

Brüsseldə keçirilən Avropa ittifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri liderlərinin sammitində 6 ölkəni birləşdirən ŞT proqramlarına dəstək planı təsdiqlənib.

«Təklif etdiyimiz yeni gündəliyimiz iddialı iqtisadi və investisiya planına əsaslanır. O, 2 milyard avrodan çox vəsaiti səfərbər edəcək», — Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel deyib.

AI-nin hələ iyun ayında açıqladığı planı tərəfdaşlıq proqramlarına, o cümlədən qrantlar və zəmanətlər şəklində 2,3 milyard avroluq İqtisadi və İnvestisiya planını nəzərdə tutur.

İyul ayında Yerevana səfər edən Aİ Şurasının Prezidenti Ermənistandakı «prioritet proqramlar» üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılacağını deyib. Aİ eyni proqramla Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1,17 milyard avro vəsait ayırıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan və Gürcüstana 2 milyard avrodan çox maliyyə dəstəyi verildiyi halda, Azərbaycana dair Aİ-nin addımını «ədalətsiz» kimi səciyyələndirib.

Reuters agentliyinə əsasən, Şərq Tərəfdaşlığı Sammiti Aİ-nin dəstəklədiyi 6 keçmiş sovet ölkəsinə dair yanaşmanın məhdud uğurunu göstərir. Altı ölkədən üçünün — Gürcüstan, Moldova və Ukrayna Moskva ilə ərazi mübahisələri var. Ermənistan və Azərbaycan sammitdə iştirak etsə də, Aİ-yə can atmır, məlumatda deyilir.

Belarus ŞT-da iştirakını dayandırıb, lakin Aİ «Belarus xalqı ilə əməkdaşlığın» davam etdirdiyini bildirir.

ŞT Aİ-nin altı tərəfdaşının — Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun birgə təşəbbüsü əsasında yaradılmış əməkdaşlıq formatıdır.

Mənbə: BBC

Bu xəbəri paylaşın: