Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum Brüssel səfəri bir çox ölkələrdə geniş rezonans doğurub. Ölkə daxilində də bu görüşə maraq yüksək olub.

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev öz fikirlərini saytımızla bölüşüb. Həmin fikirləri diqqətinizə çatdırırıq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri F. Rzaquliyev bildirdi ki, xalqımızın cəbhədə əldə silah döyüşərək qazandığı möhtəşəm Zəfərdən sonra ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev bəzi ermənipərəst dairələrin, daxildəki kolon mənsublarının və düşmənlərin hədəfinə çevrilməsini hər birimiz görməkdəyik. Amma bir fakta diqqət çəkmək istərdim. Ermənini anladıq ki, onlar düşməndirlər və qisas hissiylə alışıb yanrlar. Ermənipərəstliyi ilə seçilən beynəlxalq aləmi də anlayırıq — siyasi maraqlar, xristian təəssübkeşliyi və s. maddi maraqların təmin edilməsi onları bu işə sövq edir. Bəs Azərbaycanda bəslənməkdə olan 5-ci kolon və onun xaricdə bəslənən Sorosçu quyruğuna nə ad vermək olar?
Füzuli Rzaquliyev qeyd etdi ki, ermənilərə qarşı müharibə etməmək barədə öhdəliyə imza atmış qondarma liderciklərin az qala bir «hərbi-siyasi strateq» kimi İlham Əliyevi hədəfə almasına qarşı deyiləcək söz tapmaq müşkül məsələdir. Ortaya məntiqi bir sual çıxır: Düşmənlə hədəfləri eyni olan bu qruplara nə ad vermək olar?
Ən başlıcası, bilinməlidir ki, cənab İlham Əliyevin uzaqgörən siyasi gedişləri və taktiki həmləsiylə Bakı Qarabağ məsələsində Ermənistanın üstün mövqeyini onun əlindən almağı bacardı. Artıq erməni rəsmilərinin, hətta revanşistlərinin belə Qarabağın «status»u barədə dedikləri tamam əks effekt verir. Qarabağdakı ermənilər Azərbaycanın vətandaşlarıdır, onun daxili işidir və müstəqillik barədə erməni boşboğazlığı artıq cəhənnəmə göndərilib. Azərbaycan Rusiyanın nəqliyyat-kommunikasiya və delimitasiya proseslərinə razılıq verməsinə müvəffəq oldu. Ermənistanla delimitasiya Bakı üçün çox önəmlidir. Bu düşmənin 30 il ertələdiyi ərazi bütövlüyümüzü tanıması deməkdir. Bəli bu gün delimitasiyadan danışırıq. Amma öncə bizim ölkəmiz daxilində demarkasiya xəttindən və rayonlarımızın işğaldan qismən azad edilməsindən danışmaqdayıq. Hərçənd bəziləri, xüsusən də saytlar delimitasiya ilə demarkasiyanı qarışdırırlar. Biz demarkasiya deyil, delimitasiya mərhələsinə qədəm qoymuşuq. Xatırladım ki, demarkasiya xətti hərbdə, döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq), məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt, qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq) hesab olunur. Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir.
Bu gün Müzəffər Azərbaycan Ordusu üçün belə bir xətt mövcud deyil. Düşmənin istənilən atəş nöqtəsini ləğv etmək ordumuzun əsas vəzifəsidir və bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Azərbaycanın mövqeyini açıqlayaraq deyib: «Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq”.
Yaxud eyni müsahibədə Prezident tərəfindən söylənilmiş bu sözlər də deyilənlərə bir daha aydınlıq gətirir: «Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq. Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik”.
AVMVİB sədri Füzuli Rzaquliyev dedi: «Bu müsahibədə məlum bütün tərəflərə lazım olan mesajlar verilib. Əbəs yerə deməyiblər ki, sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bilməliyik ki, döyüşlər bitə bilər, amma bu savaş bitməz. Rusiya kimi məkrli bir imperiya və onun köləsi olan hay kimi şərəfsiz bir toplumun olduğu yerdə durmaq, arxayınlaşmaq olmaz. Bir məqama da toxunmaq istərdim. Bəzi xainlər bu gün ordumuzu, qazilərimizi hədəfə alıb. Elə Hikmət Mirzəyevlə bağlı mənbəsi məlum olmayan dezinformasiyaların anında yayılması və bunu kimlərin etdiyinin araşdırılmamasına diqqət yetirin. Atadan erməni olan Lapşinlə (əslində Melikyanla) 25 noyabrda Məhəmməd Mirzəli adlı biri çıxıb «Yaşma»ya lağ edir. Dekabrın əvvəlində isə ölkə daxilində H. Mirzəyevlə bağlı dezinformasiyalar yayılır. Bunlar bir mərkəzdən idarə olunan xainlərdir. Elə ona görə də Çingiz Xan deyirdi ki, içindəki düşməni yenməyən bir millət, ordusu nə qədər böyük olursa olsun, əsla heç bir Zəfər qazana bilməz. Bu gün bu daxilimizdəki xainlərin düşmən fəaliyyətləri göz önündədir. Ordumuzu, onun komandirlərini və Ali Baş Komandanını hədəfə alanlar döyüş meydanlarında döyüşən ermənilərdən də təhlükəlidirlər.
Azərbaycan prezidenti İlham Əliyev haqlı olaraq toxunduğu bir məsələ bir çox qaranlıq mətləblərə işıq salır: “Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər».
Yəni bu adamlar düşmənlərimizin həzm edə bilmədiyi Zəfərimizi həzm edə bilmirlər. Belə xainlərə qarşı hər kəs ayıq-sayıq olmalıdır.
F. Rzaquliyev bildirdi ki, yekun olaraq həmin müsahibədə prezidentin söylədiyi bu fikirləri diqqətinizə çatdırmaq istərdim: «Müharibəyə ilk gündən son günədək rəhbərlik edən Ali Baş Komandan olaraq sizə bir daha deyə bilərəm ki, bunu necə etdiyimizi izah etmək çətin olar. Çünki siz bunu hiss etməlisiniz. Çünki biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur».
Bir Ali Baş Komandanın dediklərini biz döyüşçülər yaxşı anlayırıq. Şərəfsizlər üçün şərəfimizin qaytarılması o qədər də fərq etmir. İlham Əliyev hakimiyyətdə olduğu dövrdə çox ilkinliklərə imza atmağı bacarıb, bu Zəfər də bir başlanğıcdır və Qarabağ Azərbaycadır!
Bunu düşmənlərimiz istəsə də, istəməsə də belədir və bu tarixi şansı bir daha əldən vermək niyyətimiz yoxdur.
AVMVİB Mətbuat Xidməti
