Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Niyazi Quliyev 2021-ci ilin yekunları barədə açıqlamalar verib.

Niyazi Quliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəzarət Təftiş Komissiyasının (NTK) sədri
AVMVİB NTK sədri Niyazi Quliyev deyib: «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəzarət Təftiş Komissiyasının 2021-ci il ərzində şöbələrlə işinin təşkili və fəaliyətsiz şöbələr haqqında AVMVİB rəhbərliyinə məlumat vermişdir.
Fəaliyətsiz şöbələr haqqında üzvlər tərəfindən müraciət edilməsini və həmən şöbə sədrlərinin yenisi ilə əvəz edilməsi daha məqsədə uyğun olardı.
— Hal-hazırda AVMVİB neçə şöbəsi var?
— AVMVİB 76 rayon və şəhər şöbəsi fəaliyyət göstərir. Demək olar ki, AVMVİB rayon və şəhər şöbələrinin qərargahları məhdud haldadır, bəzi şöbələrimizin qərargahlarının olmaması onların fəaliyətinə mənfi təsir göstərir. Bir çox şöbələr üzvlərin köməkliyi ilə icarəyə yer götürərək öz fəliyətini həyata keçirməyə çalışırlar. Dəfələrlə «Veteranlar haqqında» Respublika Qanununa uyğun olaraq yerli İcra Orqanlarına və keçmiş Əmlak Komitəsinə məktubla müraciətlər etsək də bu baradə köməklik göstərilməmişdir.
— Rayon şöbələrinin maddi vəziyyətləri necə təmin olunur?
— Qeyd etməliyəm ki, AVMVİB-nin bütün şöbələri öz fəaliyətini ictimai əsaslarla və könüllülük əsasında həyata keçirir və bu onların ən böyük fədəkarlığıdır. Heç bir təməna güdmədən şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına öz hesablarına köməklik göstərirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işgalçılarına qarşı döyüşmüş 44 günlük Vətən müharibəsi iştirakçıları AVMVİB-ə təmənasız olaraq üzv qəbul edilirlər.
— 44 günlük Vətən müharibəsi günlərində AVMVİB cəbhənin hər yerində idi. Həm döyüşdə, həm də əsgərlərimizin yanında idilər…
— Həqiqətən də 44 günlük Vətən müharibəsi günlərində AVMVİB rəhbərliyi və üzvlərimiz ilk gündən bəyanat verərək döyüşə hazır olduğumuzu bildirdik. AVMVİB bir ictimai birlik kimi 44 günlük Vətən Müharibəsi dövründə daim Ordumuzun yanında olmuş mənəvi və maddi (ərzaq, dərman) yardımları etmişdilər və bu haqda requlyar olaraq Fedai az. və Veteran az. saytlarında məlumat verilmişdir. AVMVİB elə bu gün də bu istiqamətdə işlərimizi davam etdiririk. Şəhidlərimizin yad edilməsi, onların ailələrinə baş çəkilməsi, qazilərimizin problemlərinin həllinə yardımçı olmağa çalışmaqdayıq.
— Hansı şöbələrin fəaliyyəti zəifdir və qənaətbəxş deyil?
— Fəaliyyətsiz olan rayon şöbələrindən Masallı, Siyəzən, Astara, Neftçala, Cəlilabad, Şəki rayon şöbələrinin adını çəkmək olar. Bu şöbələrin fəaliyyətlərini bərpa etmək niyyətindəyik. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bu istiqamətdə gənc veteranlarımızın potensialından istifadə edəcəyik. Artıq bu işə start verilib. Rayon şöbələrinə bu döyüşçülərdən müavinlər təyin olunmaqdadır. Proses davam etdiriləcək.
— Şöbələrin başqa təşkilatlarla əməkdaşlığı barədə nə deyə bilərsiniz?
— AVMVİB şöbələri başqa qurumlarla əməkdaşlıq edə bilərlər və aralarında bununla bağlı Birgə əməkdaşlıqla bağlı müqavilə bağlaya bilərlər. Lakin onların fəaliyətinin şöbədə icra edilməsi, AVMVİB Nizamnaməsinin IV bəndinin 4.3 maddəsinə ziddir (Birliyin numayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir).
Əgər təşkilatın üzvü İctimai Birlikdə vəzifə daşıyırsa o başqa qurumlarda üzv ola bilməz, həmən şəxs tutduğu vəzifədən Ərizə yazaraq çıxdıqdan sonra başqa təşkilatda üzv ola bilər.
— Bəzi məqamlar var ki, rayon şöbələri bizdən də soruşurlar. Bu əsasən üzvlərin qəbulu və qarşıya qoyulan vəzifələrlə bağlıdır. Şöbə sədrləri daha nələrə əməl etməlidirlər?
— Rayon şöbələri təsdiqlənmiş Əsasnamələr əsasında öz fəaliyyətlərini qurmalıdırlar. Amma bəzi məqamlara toxuna bilərəm.
Şöbə tərəfindən üzvlük vəsiqəsinin verilməsi halları 2021-ci il ərzində müşahidə edilmişdir və həmin şöbə haqqında ciddi ölçü götürülmüşdür. Bir daha qeyd etmək iştəyirəm ki, şöbə tərəfindən üzvülük və ya fəxri üzv vəsiqəsi verilə bilməz.
AVMVİB şöbə sədri istirahətdə və ya müalicədə 10 gün müddətindən artıq şöbədə olmayacağı halda AVMVİB rəhbərliyinə Ərizə ilə müraciət etməli istirahətdə və ya müalicədə olduğu müddətdə onu müavinin əvəz etməsi haqqında Əmr verilməlidir.
AVMVİB İdarə Heyətinin Qərarı ilə müəyyən olunmuş aylıq ödənişi etməyən şöbələr AVMVİB sədrinin adına izahat verməlidirlər.
AVMVİB rayon və şəhər şöbələri hər ilin əvvəlində gördükləri işlər haqqında AVMVİB rəhbərliyinə məlumat verməlidilər.
Şöbənin ştat vahidi AVMVİB sədri tərəfindən təsdiq edilir. Şöbə işçini yalnız ictimai əsaslarla işə qəbul edə bilər (şöbənin əlavə gəlir sahəsi olduğu halda Əmək Müqaviləsi ilə işçi götürə bilər).
Qarşıya çıxan mübahisəli məqamlarla bağlı daim öz məsləhətlərimizi vermişik və bu proseslər davam etdiriləcək. Ümumiyyətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən müharibə veteranlarının cəmiyyətə adaptasiya olunmasına, onların hüquqlarının qorunmasına və ölkənin ictimai həyatında köhnə döyüşçülərin iştirakını təmin etməyə çalışmaqdadır. Hazırda gənc döyüşçülərin üzləşdikləri problemlərin həllinə çalışmaqdayıq. Deyə bilərəm ki, vəziyyət ürəkaçan deyil. Yaradılmış Veteran Komissiyanın bu günədək heç bir fəaliyyəti yoxdur. 1 il ərzində eyni üslubda susqunluq bu sahədə davam edir və hətta rəsmi müraciətlərə belə bu komissiya cavab vermir.
Elnur Səlim
