Çavuşoğlu və Bayramov Pakistana gedib

Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistan İslam Respublikasına yola düşüb.

  Xarici İşlər Nazirliyindənverilən xəbərə əssən, səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Aldığımız digər məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Pakistana səfər edib.

Bu barədə Çavuşoğlu Tvitter hesabında paylaşım edib.

Bildirilir ki, Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün sözügedən ölkəyə səfər edib.

Bu xəbəri paylaşın: