Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz rayon şöbəsinin üzvü olan müharibə veteranları «N» saylı batalyonun yaranmasının 30 illiyi ilə bağlı Gəncə idman litseyinin idman meydançasında tədbir keçiriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov bildirib ki, tədbirin təşkilatçısı AVMVİB Gəncə şəhəri Kəpəz rayon şöbəsinin sədri Arzu Kərimov, Mehman Abdullayev və şöbənin üzvləri olub.
Tədbirdə həmin batalyonun komandiri olmuş şəhid Mehman Ələkbərovun və digər şəhidlərin məzarlarını ziyarət ediblər. Məzarlara güllər qoyulub və dualar edilib.
Tədbirin sonunda fəal müharibə veteranları təltif ediliblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
E. Səlim








