İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin qəzəbinə tuş gələn («Bismillah» deməyi unutmayın-red) Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun aldığı 5 sutkalıq cəza başa çatdığına görə azadlığa çıxıb.
Xatırladaq ki, aidiyyatlı qurumların qanuna zidd əməlləri barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ölkə rəhbərinə müraciət edilib.

Taleh Tapdıqovu qarşılamaq üçün toplananlar arasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov da olublar.
Həmişə azadlıqda, Taleh Tapdıqov!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, İmişli
