Yüksək peşəkarlığı və humanistliyi ilə,nəzəri və praktiki biliyi ilə, (təcürbəsi ilə) işgüzar və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 13 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə müxtəlif vəzifələrdə keçirən Müharibə Veteranı ehtiyatda olan mayor Əliyev Töfiq İdris oğlunu 61 yaşı tamam oldu.
Bü gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Əliyev Töfiq İdris oğlunu döğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Müharibə Veteranı ehtiyatda olan Əliyev Töfiq İdris oğlu 1960- cı ildə Gədəbəy rayonunun Novo-İvanovka kəndində anadan olub.
Əliyev Töfiq İdris oğlu 1977- ci ildə Gədəbəy rayonunun Novo -İvanovka kənd orta məktəbini, 1984-ci ildə Bakı Səneye Texnikomunu, 1988-ci ildə Q.F.Morozov adına Voronej Meşə Texniki Ünverstetini bitrib.
Tofiq Əliyev 1979-1981-ci illərdə Sovet ordusunun Gürcüstan Respublikasının Laqodexi rayonunda yerləşən Desant birqadasında bölüyün baş cavuşu (starşına) vəzfəsində müdddətli həqqi hərbi xidmətdə olub. 1981 -1991- ci illərdə Azər Mebel fabrikində mühəndis vəzifəsində işləyib. 1991- 200 -ci illərdə işə Daxili Qoşunların Bas İdarəsinin Komendant xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edərək, Azərbaycanın ərazi bütövlüyü (Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonları) uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, sxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Mayor Əliyev Töfiq İdris oğlu Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri bir neçə Medalarla, «Əla xidmətlərə görə döş, yubiley və idman dərəcəsi nişanı ilə, pul mükafatları ilə, fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN,TOFİK MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev









