Çox deyirdiniz ki, bizdə vəzifəlilər «müharibəyə» getməyib, əllərinə silah almayıblar. Alın bu da sizə əldə silah pozalar…
Axır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisəsinin direktoru və müavininin əllərində silah şəkil paylaşıblar.
Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun «Kalaşnikov” avtomatı və «Vinçester” tüfəngi ilə silahlanıblar. Yəqin ki, Xankəndində «Donuzun darıdan çıxarılması» əməliyyatına başlayacaqlar. Hərçənd ki, bu «hərbi hazırlıq» heç də təsadüfi deyil. Çünki Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Xankəndidə və Qafanda kazino açmaq istəyir. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kazinolar fəaliyyət göstərirlər: “Ancaq ölkəmizdə kazinolar fəaliyyət göstərmir, yoxdur. Hesab edirəm ki, Qarabağda və Zəngəzurda kazinoların açılmasına icazə verilməlidir”. Xalqın vəkilinin belə mübhəm arzusunu gözündə qoymamaq üçün ovçu qardaşlarımız silahlanıblar.
Arayikdən aldığımız məlumata görə ermənilər hər üç şəxsin adını eşidən kimi qaçmağa başlayıblar. Belə getsə bölgədə erməni qalmayacaq. Bəs erməni qalmasa biz neyləyəcəyik? Qüdrət müəllim kiminlə qumar oynayacaq? Bizdə pul yox, ermənidə də insaf. El arasında deyilən kimi: Nə qayracağuq, alə?
Elnur Səlim


