AVMVİB İdarə Heyətinin Qərarı necə yerinə yetirilib?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçiriləcək. Çünki bu məsələ bir çox nüansları üzə çıxardı. Bəzi şöbələrimizin tam yoxluğunu müəyyən etdik.

Bəzilərinin məsuliyyətsiz və işləmək qabiliyyətinin «0» olduğu məlum oldu. Bəzi şöbə sədrlərinin bu ad arxasında gizlənərək yalnız öz şəxsi problemlərinin həlli ilə məşğul olduğu üzə çıxdı. Belə şöbələrin yenidən bərpasına ciddi ehtiyac duyulur. Yəqin ki, 2022-ci ildən bu problemlərin həllinə başlayacağıq. Əslində bu cədvəl elə şöbələrin fəaliyyət göstəricisi kimi də qəbul edilə bilər.


Başqa bir məqama diqqət yetirək. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) sədrin səlahiyyətli nümayəndələri fəaliyyət göstərməkdədir. Qarabağ bölgəsi üzrə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Şirvan bölgəsi üzrə, AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov, Şimal bölgələri üzrə AVMVİB Quba rayon şöbəsinin sədri İsmayıl Babayev, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin müavini Natiq Həsənov, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov və Qazax rayon şöbəsinin sədri Vaqif Sadıqov AVMVİB İdarə Heyətinin Qərarının icrasıyla bağlı işlərin görməlməsiylə bağlı yazılan iradlara cavab veriblər.

Akif Həsənov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, Qarabağ üzrə səlahiyyətli nümayəndə kimi hər bir rayon şöbəsi ilə fərdi iş aparmışam. Bundan əlavə yaxın rayonların da şöbə sədrləri ilə təmaslarda AVMVİB İdarə Heyətinin Qərarının yerinə yetirilməsinin məcburi olduğunu və bizim vəzifəmiz olduğunu izah etmişəm. Xocavənd, Beyləqan, Bərdə, Ağcabədi, Ağdam, Ağdərə, Xocalı, Xankəndi, Cəbrayıl, Füzuli, Bərdə, Tərtər və İmişli rayonları arasında Qərarı yerinə yetirməyən Ağdam, Füzuli, Ağdərə, Tərtər şöbələri öz fəaliyyətlərinə yenidən baxmalıdırlar. Bu hal utancvericidir və Qərarın yerinə yetirilməməsi və qismən yerinə yetirilməsiylə bağlı səlahiyyətli nümayəndə kimi öz raportlarımızı yazıb AVMVİB NTK və AVMVİB sədrini məlumatlandırmalıyıq. Yorulanları istirahətə yola salaq və sıralarımızda gənclərimiz artıq təşkilatlanırlar. Onların yollarını belə fəaliyyətini qura bilməyən şöbələrdən təmizləyək.


Natiq Həsənov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov qeyd etdi ki, bölgılərdə fəaliyyətimizin gücləndirilməsi və hərbi-vətənpərvərlik ruhunun inkişafı üçün dəfələrlə müzakirələrimiz olub.

Lakin bəzi rayon şöbələrimiz, hələ də günümüzün reallıqları ilə ayaqlaşa bilmirlər. İctimai Birlik olaraq 44 günlük Vətən müharibəsində göstərdiyimiz fəaliyyəti bu gün də Birliyimiz üçün, şəhid ailələri və qazilərimiz üçün canlandırmalıyıq. Artıq hər bir şöbə sədri özü və AVMVİB qarşısında öz vəzifəsini konkretləşdirməlidir. Dəfələrlə AVMVİB İdarə Heyətinin Qərarı ilə bağlı göstərişlər verilib və rəsmi olaraq saytımızda yazılar dərc edilib. Amma ilin sonunda yenidən bu barədə müzakirə açmağımız bizim iş prinsiplərimizin doğru olmadığını sübut edir. Hər kəs bilməlidir ki, AVMVİB-nin verdiyi hər bir Qərar qeyd-şərtsiz yerinə yetirilməlidir və bu qərar da yerinə yetiriləcək. Günü-günə satmaqla idarəçilik olmaz. Bəzi rayon şöbələrinin sədrləriylə, deyəsən yollarımızı ayırmalı olacağıq.

Vaqif Sadıqov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Qazax rayon şöbəsinin sədri Vaqif Sadıqov məsələyə münasibət bildirərək dedi: «Qərar veriləndən Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayon şöbələri ilə birgə verilən Qərarın daim icrasına nail olmağa çalışmışıq. Gədəbəy rayonu istisna olmaqla. Bu şöbəyə sədr yeni təyin olunub və fəaliyyəti tam bərpa olunmayıb. Amma mövcud olan rayon şöbələrindən, digər iki — Qazax və Şəmkir rayonlarında sədr dəyişiklikləri edilib. Demək olar ki, digər şöbələrimiz Qərarı ilin sonunadək tam icra edəcəklər.


İlk baxışda adi görünən bu məsələ, həm də Birlik daxilində intizamın göstəricisi sayılmalıdır. Ötən ilə nisbətən demək olar ki, müəyyən irəliləyiş əldə etmişik. Amma biz məbləği yazmağa utanırıq ki, bizi bəziləri qınayarlar. Dekabr ayının 28-də yekun araşdırma yazısı yayınlanacaq. 4 il ərzində bir iş görməyən şöbələrin bu günlər ərzində «inqilabi» sıçrayış etmələrinə inanmaq istərdik…


Bu günədək olan statistik cədvəli diqqətinizə çatdırırıq:

  1. AVMVİB Xankəndi rayon şöbəsi — 141,6%
  2. AVMVİB İmişli rayon şöbəsi — 140,0%
  3. AVMVİB Laçın rayon şöbəsi — 130,0%
  4. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
  5. AVMVİB Mingəçevir şəhər şöbəsi — 125,0%
  6. AVMVİB Nəsimi rayon şöbəsi — 116,6%
  7. AVMVİB Nərimanov rayon şöbəsi — 100,0%
  8. AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%
  9. AVMVİB Zərdab rayon şöbəsi — 100,0%
  10. AVMVİB Qubadlı rayon şöbəsi — 100,0%
  11. AVMVİB Qazax rayon şöbəsi — 100,0%
  12. AVMVİB Çilov şöbəsi — 100,0%
  13. AVMVİB Yasamal rayon şöbəsi — 100,0%
  14. AVMVİB Saatlı rayon şöbəsi — 100,0,%
  15. AVMVİB Lənkəran rayon şöbəsi — 100,0%
  16. AVMVİB Sumqayıt şəhər şöbəsi — 100,0%
  17. AVMVİB Gəncə şəhər şöbəsi — 100,0%
  18. AVMVİB Suraxanı rayon şöbəsi — 100,0%
  19. AVMVİB Sabunçu rayon şöbəsi — 100,0%
  20. AVMVİB Binəqədi rayon şöbəsi — 100,0%
  21. AVMVİB Göygöl rayon şöbəsi — 83,3%
  22. AVMVİB Ağstafa rayon şöbəsi — 83,3%
  23. AVMVİB Cəbrayıl rayon şöbəsi — 75,0%
  24. AVMVİB Şəmkir rayon şöbəsi — 66,6%
  25. AVMVİB Tovuz rayon şöbəsi — 66,6%
  26. AVMVİB Bərdə rayon şöbəsi — 58,3%
  27. AVMVİB Naftalan rayon şöbəsi — 50,0%
  28. AVMVİB Nizami rayon şöbəsi — 41,6%
  29. AVMVİB Ağdaş rayon şöbəsi — 41,6%
  30. AVMVİB Şirvan şəhər şöbəsi — 41,6%
  31. AVMVİB Xətai rayon şöbəsi — 41,6%
  32. AVMVİB Qusar rayon şöbəsi — 41,6%
  33. AVMVİB Xəzər rayon şöbəsi — 33,3%
  34. AVMVİB Ucar rayon şöbəsi — 33,3%
  35. AVMVİB Balakən rayon şöbəsi — 33,3%
  36. AVMVİB Şamaxı rayon şöbəsi — 33,3%
  37. AVMVİB Şabran rayon şöbəsi — 25,0%
  38. AVMVİB Yevlax rayon şöbəsi — 16,6%
  39. AVMVİB Abşeron rayon şöbəsi — 16,6%
  40. AVMVİB Beyləqan rayon şöbəsi — 16,6%
  41. AVMVİB Sabirabad rayon şöbəsi — 16,6%
  42. AVMVİB Pirallahı rayon şöbəsi — 16,6%
  43. AVMVİB Quba rayon şöbəsi — 16,6%
  44. AVMVİB Kürdəmir rayon şöbəsi — 16,6%
  45. AVMVİB Ağsu rayon şöbəsi — 16,6%
  46. AVMVİB Zəngilan rayon şöbəsi — 8,3%
  47. AVMVİB İsmayıllı rayon şöbəsi — 8,3%
  48. AVMVİB Biləsuvar rayon şöbəsi — 8,3%
  49. AVMVİB Xocalı rayon şöbəsi — 8,3%

İndisə AVMVİB İdarə Heyətinin Qərarını saya salmayan şöbələrimizin siyahısına diqqət yetirin:

  1. AVMVİB Neftçala rayon şöbəsi — 0%
  2. AVMVİB Səbail rayon şöbəsi — 0%
  3. AVMVİB Qaradağ rayon şöbəsi — 0%
  4. AVMVİB Xızı rayon şöbəsi — 0%
  5. AVMVİB Zaqatala rayon şöbəsi — 0%
  6. AVMVİB Hacıqabul rayon şöbəsi — 0%
  7. AVMVİB Qəbələ rayon şöbəsi — 0%
  8. AVMVİB Oğuz rayon şöbəsi — 0%
  9. AVMVİB Qax rayon şöbəsi — 0%
  10. AVMVİB Gədəbəy rayon şöbəsi — 0%
  11. AVMVİB Siyəzən rayon şöbəsi — 0%
  12. AVMVİB Xaçmaz rayon şöbəsi — 0%
  13. AVMVİB Füzuli rayon şöbəsi — 0%
  14. AVMVİB Tərtər rayon şöbəsi — 0%
  15. AVMVİB Ağdam rayon şöbəsi — 0%
  16. AVMVİB Daşkəsən rayon şöbəsi — 0%
  17. AVMVİB Göyçay rayon şöbəsi — 0%
  18. AVMVİB Salyan rayon şöbəsi — 0%
  19. AVMVİB Ağcabədi rayon şöbəsi — 0%
  20. AVMVİB Goranboy rayon şöbəsi — 0%
  21. AVMVİB Ağdərə rayon şöbəsi — 0%
  22. AVMVİB Kəlbəcər rayon şöbəsi — 0%
  23. AVMVİB Kəpəz rayon şöbəsi — 0%
  24. AVMVİB Şuşa rayon şöbəsi — 0%

Mövzuya qayıdacağıq…

Xaqani Ədəboğlu
AVMVİB İdarə Heyətinin üzvü, Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: