Biz müharibəni sevmirik və istəmirik. Ona görə də müharibəyə hazırlaşırıq

Birinci Qarabağ müharibəsində əli yalın, silahsız mülki şəxslərə, qoca və uşaqlara qarşı vuruşan erməni quldur dəstələrinin komandiri, «Uşaq qatili» adıyla tanınan Arkadi Ter-Tadevosyan da Ordumuzun şanlı zəfərini eşitdikdən sonra gəbərmiş məxluqlardandı. Bir vaxtlar Azərbaycanın yaranmaqda olan təminatsız ordusu rus imperiya güclərinə qarşı döyüşərkən bu «Uşaq qatili» özü kimi terrorçuları başına yığıb silahsız mülki şəxslərlə «döyüşür» və yağma ilə məşğul olurdu. Azərbaycan Ordusunun Zəfərinə dözməyərək 31 mart 2021-ci ildə ürəyi partlayaraq gəbərdi. İki erməni həpəndinin 13 yanvar 2010-cu ildə verdiyi erməni həyasızlığı ilə erməni müştəbehliyinin çuğlaşdığı müsahibəsini diqqətinizə çatdırırıq. Amma bəzi reallığı əks etdirən əlavələrimiz də var:


Politoloq Levon Melik-Şahnazaryanla Artsax müharibəsinin qondarma qəhrəmanı, uşaq qatili general Arkadi Ter-Tadevosyan arasında söhbət (Hər ikisi cəhənnəmlik olublar-red.).


L. M.-Ş .: Arkadi, bilirsən, mən jurnalist deyiləm və həyatımda heç vaxt müsahibə verməmişəm. Amma mənim də Voskanapat.info-nun əməkdaşını sizə göndərməyə imkanım yox idi. Beləliklə, bunu belə edək: bir az danışacağıq. Keçmiş haqqında deyil, əlbəttə ki, bizim bütün iyirmi illik dostluğumuz bizə yaxşı məlumdur və başqaları üçün maraqlı deyil. Mən sizinlə ehtimal olunan gələcək haqqında danışmaq istərdim …


A.T-T: (gülür) Sizinlə qəhvə fincanında fala baxacağıq?


L.M-Ş: Qəhvə içərik, əgər dəvət etsəniz, əlbəttə, amma sizin bilik və döyüş təcrübənizə arxalanaraq gələcək haqqında danışacağıq. Siz bizim bəlkə də ən məşhur generalımızsınız və bu şöhrət sizə layiqincə gəlib. Sizin rəhbərliyinizlə əvvəlcə «artsax özünümüdafiə qüvvələrinin», sonra isə «DQR müdafiə ordusunun» qazandığı qələbələr dünyanı gənc «respublika» ilə hesablaşmağa məcbur etdi, minlərlə gənci ruhlandırdı, atalarımızın və anaların, qardaşların qəlbində ümid oyatdı. Əminəm ki, Tuğun və Sarışenin, Xocalının və Şuşanın alınması (siyahısını uzun müddət davam etdirmək olar) üçün parlaq şəkildə tərtib edilmiş və eyni dərəcədə parlaq şəkildə həyata keçirilmiş əməliyyatlar xalqımızın yaddaşında uzun müddət qalacaqdır. Şuşanın alınması, artıq hərbi taktika və strategiya baxımından dərsliklərinə daxil olub. Məni bir sual maraqlandırır: Azərbaycan davamlı təhdidlərini həyata keçirsə və gözlənilmədən yenidən hərbi əməliyyatlara başlasa, müharibənin ilk günlərində bizim hərəkətlərimiz necə olacaq?


A.T-T: Əvvəla, gözlənilmədən, dediyiniz kimi, alınmayacaq. İndi o vaxtlar deyil, bizdə olan texniki vasitələr o deyil ki, düşmən qəfil hücuma keçə bilsin. Fəaliyyət planı üçün bir neçə variant hazırlamışıq. Bir sözlə, belə görünür: Düşmənin irəli getmək istəyini dayandırmaq, ikinci eşalonun irəliləyişini təmin etmək və tanış olmayan ərazidə yerləşən düşmənə qarşı əks-hücumlara başlamaq. Əks-hücumlar düşmənə canlı qüvvə və texnikada ağır itkilər verə bilən və nəzərdə tutulmuş kütləvi və dəqiq zərbələri özündə birləşdirəcək. Ölkəmizdə hadisələrin belə inkişafı üçün hazırlıq işləri çoxdan aparılıb.


Qeyd: Erməni hərbi ekspert (2021-ci il) Van Ambartsumyan: “Azərbaycan Dövlət Təhlükəsizlik Qüvvələrinin Xüsusi Təyinatlı qrupu olan “Yarasa” bizim döyüşçülərin təminatını kəsdi. Bizim döyüşçülər isə gözləmirdilər ki, azərbaycanlılar keçilməz hesab olunan sıldırım qayalardan hücum edəcəklər. Panika vardı, erməni qüvvələri nə edəcəklərini bilmirdilər, başıpozuqluq yaranmışdı”…
“Mən həqiqəti deməyi sevirəm. Azərbaycan Silahlı Qüvvələrinin unikal piyada qoşunları var. Əgər siz də həqiqəti bilmək istəyirsinizsə, deyim. Mən ekspert kimi danışıram, millətindən və dinindən asılı olmayaraq, deməliyəm ki, onların super xüsusi təyinatlıları var. Onlar Kanadadan, İtaliyadan və hətta Fransadan ən müasir avtomatlar alıblar.

Məsələn, “Yarasa” bütün dünya miqyasında unikal qoşun növüdür. Onlar müharibədən 12 saat əvvəl arxamıza keçərək, ordunun təminatını kəsdilər. “Yarasa” qrupunun döyüşçüləri erməni forması geymişdi və heç kim bunu başa düşmədi. “Yarasa” Şuşa istiqamətində hansı oyunlardan çıxmadı ki? Onlar Ermənistan xüsusi təyinatlılarının ovuna çıxmışdılar. Xüsusi təyinatlılarımıza qarşı unikal, təkrar edirəm, unikal əməliyyatlar keçirirdilər”.

L. M.-Ş.: Bizim Azərbaycan ərazisində enerji magistrallarını və kommunikasiyalarını və mənə daha vacib görünən yataqların, belə demək mümkünsə, müxtəlif diametrli bu kommunikasiyaların ilkin mənbələrini məhv etmək imkanımız varmı? Düzünü desəm, müharibənin yenidən başlayacağı təqdirdə bunu əsas vəzifələrimizdən biri hesab edirəm. Bizim karbohidrogenlərin satışından əldə olunan vəsaitin hara və nəyə xərclənəcəyini çox gözəl anladığımız üçün müharibə dövründə düşmənin varlanmasına icazə verməyə haqqımız yoxdur.


A. T-T: Şübhəsiz ki, imkanlar var və onlardan mütləq istifadə olunacaq. Düşünmürsən ki, Ermənistan silahlı qüvvələri bütün bu illər ərzində boş qalıb. Mən də inanıram ki, borular və yataqlar bizim kozırımızdır. Azərbaycanın yox, məhz bizim. Sizi əmin edə bilərəm: düşmənin həyati təminat obyektlərinin ləğvi üçün bir sıra ciddi planlar var. Sizin və mənim indi çox şeylər haqqında yazmağa haqqımız yoxdur, amma bir şeyi deyim: Azərbaycan bizimlə müharibə etsə, bütün bu obyektlər məhv ediləcək. Bura bizim çox yaxşı tanıdığımız, yaxın vaxtlara qədər ermənilərin kütləvi şəkildə yaşadığı ərazidə fəaliyyət göstərəcək amfibiya dəstələrimizin imkanlarını əlavə edin. Bunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan yüksək peşəkarlıq və mobil bölmələrdir.


Qeyd: Ermənilərin satın aldığı “RIA Novosti” erməni əsgərləri ilə reportaj hazırlayır. Erməni əsgərlər Azərbaycan Ordusunun döyüş ruhuna toxunurlar: «Təxminən 400 əsgərlə hücuma keçmişdilər, vurduq, ardınca ikiqat, üçqat güclə gəldilər. Bir ölənin yerini ikisi, üçü tuturdu. Güllə vururduq, sanki ağrı hiss etmirdilər, “zombi” kimi üstümüzə gəlirdilər…


Erməni əsgərlər bunu izah etməyə çalışırlar. Heç vaxt belə bir halla üzləşmədiklərini bildirib iddia edirlər ki, Azərbaycan əsgərləri narkotikdən istifadə edib, başqa cür yaralı halda zombi kimi hücuma keçməyin açıqlaması yoxmuş»…


Qeyd: Erməni əsgərlər ötən gün də erməni mediasına danışarkən öz heyrətlərini bu cür bildirmişdilər: «Azərbaycan əsgərləri dəniz dalğası kimi gəlirdi və ikinci dalğa birincidən daha güclü olurdu. Azərbaycan əsgərləri çiynindən, hətta sinəsindən yara alırdı, ancaq qanı axa-axa hücum edirdi. “Onlar sanki terminator idilər” – deyə ermənilər bizim əsgərlərimiz haqqında yazırlar…

Şuşa hücumu ilə bağlı erməni əsgərlərin açıqlamaları da diqqətçəkicidi. Onlar deyirdi ki, Azərbaycan əsgərləri qanları axa-axa, şəhidlərini çiyinlərinə alaraq qayaları dırmaşıb, Şuşaya girdilər…


Gözləri qoxmuş ermənilər əsgərlərimizi “zombi kimi”, “terminator kimi”, “robot kimi”, “dalğa kimi” təsvir edirdilər…


L. M.-Ş .: Utikin rayonlarını nəzərdə tutursunuz?


A. T-T: Niyə yalnız Utik? Mən komandanlığımızın lazım bildiyi bütün sahələri nəzərdə tuturam. Və düşmənə arxadan zərbə endirmək.


L. M.-Ş.: Yaxşı, sizi suallarla bezdirməyəcəm, yalnız sonuncunu verəcəm. Zəhmət olmasa deyin, siz necə düşünürsünüz, əks-hücum zamanı, Azərbaycanın erməni xalqına qarşı yeni təcavüzü olacağı təqdirdə bizim Qandzakı (Gəncəni) götürmək imkanımız olacaqmı?


A. T-T: Yəqin ki, evə getmək istəyirdiniz? (gülür) Bizi dəvət etsən, Voskanapata birlikdə gedərik, mən sənin harada böyüdüyünü görmək istəyirəm. Ancaq ciddi şəkildə, qısaca cavab verəcəm: Bəli!

Biz, əlbəttə ki, bu mövzunu genişləndirməyəcəyik, düşmən də yatmır, amma sizə demək istədiyim budur: əgər düşmən təcavüzə başlasa, qısa müddətdə sizin Voskanapatınızda (Gəncəni nəzərdə tutur-red.) manqal quracağıq.


Qeyd: Ermənilərə məxsus “hay wave” teleqram kanalı Azərbaycan Ordusunun 300 erməni hərbçisini pusquya saldığını yazmışdı: “Bu foto ilə bağlı çox nəzəriyyələr irəli sürülürdü. Kimlərsə deyirdi ki, şəhərdən çəkilərkən güllələnmiş hərbçilərdir, kimlərsə deyirdi ki, ümumiyyətlə dost atəşinin qurbanlarıdır. Lakin konkret heç nə dəqiq deyildi. 300-dən çox hərbçinin cəsədi var. Siz döyüşün miqyasını təsəvvür edirsinizmi? Kimlərsə danışır ki, hərbi rəhbərlik Şuşa üçün döyüşməməyi əmr edib, bəs bu insanlar necə öldü? Peyk fotoları sayəsində hərbi birliyin dağıdılmasının yerini müəyyən etmək mümkün oldu. İndi heç bir şübhə yoxdur ki, bu əsgərlər ölümə doğru göndərilib”.


Peyk fotolarına istinadən qeyd olunur ki, 300-dən çox erməni hərbçi qərbdən, yəni Laçın tərəfdən Xankəndi istiqamətində hərəkət edirmiş: “Lakin Şuşaya yanaşmadılar, əvəzində birlik şəhərə cənub tərəfdən daxil olmaq üçün Xankəndi yoluna doğru hərəkət etdi. Sağda qaya, solda meşə yolboyu uzanırdı. Və azərbaycanlılar onların hərəkətini izləyirdilər, nəticədə şəhərin girişinə 500 metr qalmış pusquya düşdülər və mənasız yerə qırıldılar. Ehtimal ki, bu 6-7 noyabr tarixində oldu”. Yəni bu «Uşaq qatili» və Haykanuşun bic oğlu Şahnazaryan gəbərsələr də, oğulları oxusun deyə və Gəncədə onu «gözlədiyimizi» bildirmək yerinə düşərdi. İmkanı olsa belə (foto) kübrələrdən çox gətirsin…

L. M.-Ş.: Sağ olun, Arkadi. Qarabağ müharibəsi illərində siz həmişə verdiyiniz sözlərə əməl etmisiniz, ona görə də ümid edirəm ki, siz də, mən də bu manqalı görəcəyik.


A. T.-T .: Siz də sağ olun, Levon.

. Mən hər gün Voskanapat.info-nu oxuyuram və saytınızın bütün istifadəçilərinə öz salamlarımı çatdırmaq və onları əmin etmək istəyirəm: Ermənistan dövlətlərinin silahlı qüvvələri əhalimizin dinc həyatını təmin etməyə hər zaman hazırdır. Amma düzünü desəm, biz hərbçilər müharibələri sevmirik. Ona görə də biz müharibəyə hazırlaşırıq.


Qeyd: Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-polkovnik Movses Akopyan müharibənin 5-ci günü demişdi: «Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 faizi keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 faizi yalan idi… Müharibənin beşinci günü artıq 1 500 hərbçi fərarilik etmişdi. Fərarilərin Ermənistana qayıdıb çaxnaşma salmaması üçün onları Qarabağda təcrid olunmuş vəziyyətdə saxlayırdılar”.


Bəli, biz məkrli və şərəfin nə olduğunu bilməyən bir düşmənlə qonşuyuq, ona görə də daim əlimiz tətikdə olmalıdır. Durmaq yox, dayanmaq bizlərə haramdır…

Öz şanlı əsgərimizin də bir xatırlatması var: «Həmlə taburunun öncə önündə gedən xüsusi təyinatlı bunu heyrətlə danışıb: Biz öndə gedirdik, ala-ala, dağıda-dağıda. Arxamızca qüvvələr gəlib aldığımız yerləri təmizləyir, yerləşirdi. Ancaq hiss edirdik ki, bizdən əvvəl sanki gedənlər var – kim idi onlar? Heç vaxt onları görmədik. Sanki duman idi, yel idilər, önümüzcə sanki təmizləyirdilər və biz anlaya bilmirdik ki, bizdən qabaqdakı bu izlər nədir? Axı, tapşırıqla öndə biz getməli idik»…


Bəli, bizim Ordumuz bir külək kimi, qasırğa kimi, tufan kimi, dalğa kimi Vətən üçün, Yurd üçün savaşırdı. Bu hissin adı Vətən sevgisi, Yurd təəssübüdür. Bunu hər yetən anlamaz. Onu mərmilərlə həyat arasında üzü sərhədlərə dayanan əsgərlər anlaya bilərlər.

Ciyərləri yanmış şəhid anaları, belləri bükülmüş şəhid ataları, bir əzasını torpağa kömmüş qazilər və ruhu yaralı veteranlarımız anlaya bilərlər. Yurd sevdalı oğullara salam olsun!


Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: