Şəhidin Anım tədbiri keçirilib

Şəhid Əhmədov Bəhruz Səttar oğlunun Anım günü keçirildi.

Tədbir Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində təşkil olunmuşdu. Şəhidin atası Səttar Əhmədov, anası Gülnar xanım,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Sabirabad rayonu İcra hakimiyyəti başçısının müavini, Veteranlar şöbəsinin nümayəndəsi, Gənclər və İdman şöbəsinin müdiri, AVMVİB Sabirabad rayon şöbəsinin sədri, «Dəmir yumruq» İB-nin sədri, döyüşçü yoldaşları, şəhid ailələlərinin üzvləri, məktəblilər Bəhruz haqqında xatirələrini, onun keçdiyi 21 günlük qəhrəmanlıqla dolu döyüş yolu barədə çıxış etdilər.

AVMVİB Nəsimi rayon şöbəsinin üzvü, müharibə veteranı Qazi Həmid Əliyev yazdığı «Şəhidlər» şerini təqdim etdi.

Şəhidin anası Gülnar xanıma AVMVİB-nin xatirə medalı təqdim olundu.

Tədbirdə AVMVİB-nin Nəsimi, Nərimanov, Sabunçu, Nizami, Sabirabad rayonlarının üzvləri olan müharibə veteranları iştirak etdilər.

Anım günü çox təsirli hərbi-vətənpərvərlik konsert proqramı ilə başa çatdı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elmar Hüseynov

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: