AVMVİB Şamaxı rayon şöbəsi Əməkdar idman ustasını təltif edib

Əməkdar idman ustası, Beynəlxalq dərəcəli hakim, müharibə veteranı Oruc Səməd oğlu Dadaşov AVMVİB-nin təsis etdiyi Xatirə medalı ilə təltif olunub.


Gənclərin sağlam və vətənpərvər ruhda tərbiyə olunmasında müharibə veteranı idmançı Oruc Dadaşovun müstəsna xidmətləri var. Onun bu xidmətlərini və rayonun ictimai həyatında fəallığını nəzərə alaraq onu AVMVİB adından təltif edib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsinin sədri Fuad Samiyev bu barədə məlumat verib.


Fuad Samiyev bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsi xidməti olan müharibə veteranlarımızı unutmur. Bundan sonra da bu istiqamətdəki fəaliyyətimiz davam etdiriləcək.


O, Əməkdar idman ustası, Beynəlxalq dərəcəli hakim Oruc Dadaşovu təltif münasibətiylə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tədbirdə müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Elnur Səlim

Bu xəbəri paylaşın: