Qanuni müharibə qənimətləri? Bir dəfə biz hindlilərin əlinə düşən ağ qadınları nə etdikləri barədə son məqalələrin birində artıq yazmışdıq. İndi isə gəlin digər tərəfdən danışaq — Amerika əsgərlərinə əsir düşən hindli xanımları hansı aqibət gözləyirdi?
19-cu əsrin sonu. Dərhal bir faktı qeyd etmək lazımdır. Amerikalılar fəal şəkildə yeni qitəni kəşf edir, yeni torpaqları ələ keçirirdilər. Şimali Amerikanın keçmiş sakinləri olan hindlilərə isə burada əslində ehtiyac yox idi. 19-cu əsrdə ABŞ-da yerli Amerika xalqlarının sadəcə olaraq heç bir vətəndaş hüquqları yox idi. Çünki hindu xalqları ən təbii soyqırımı deyilən hadisəni yaşayıblar.

Amerika süvariləri hindu tayfalarının yerləşdiyi ərazilərə hücum edəndə hindu qadınlarını və uşaqlarını çox acınacaqlı aqibət gözləyirdi. Məsələn, amerikalılar silahın qundağından istifadə edə bilərdilər. Necə deyərlər, qiymətli güllələr boş yerə sərf olunmasın deyə belə edirdilər. Qeyri-döyüşçülər üçün qaydaların heç biri burada da işləmirdi. Hindu qadınlar sağ qaldılarsa, bir qayda olaraq, birbaşa Amerika əsgərlərinin əyləncəsinə çevrilirdilər. Bunun da nəticələri aydındır.
Ancaq bəzi hindu qadınları düşmən əlində sağ qaldılar. Ağ yırtıcı qaliblər üçün onlar qanuni müharibə qənimətləri sayılırdılar. Bəzi Amerika əsgərləri hindu tayfalarından tarlada çalışan arvadlar adlanan işçi əldə etdilər. Çünki hindu qadınlar ərlərinə daha çox sadiq olur və avropalı qadınlardan qat-qat güclüydülər.

Komançi tayfasının qadınları. Təxminən 1900-cu ildə ümumiyyətlə, hərbi həyatda belə bir xanımı özüylə aparmaq daha sərfəliydi. Əgər xoşunuz gəlməzsə, bir neçə dollara başqa bir əsgər yoldaşınıza sata və ya qumarda uduza bilərsiniz.
Bundan əlavə, ağdərili amerikalılar arasında yerli amerikalı qadınların sevgidə daha yaxşı ənənəvi bir inam vardı. Onlar puritan əxlaqı ilə buxovlanmış keçən əsrin ağ qadınlarından daha azad idilər. Bəzi hindu qadınlar sonralar ağdərili ərlərindən çoxlu uşaq dünyaya gətirdilər.
Buna görə də, yerli Amerika genləri bir çox məşhur amerikalılarda qeydə alınıb — məsələn, Elvis Presli (Ulu nənəsi Çerokidən idi), Quentin Tarantino (ana xətti ilə Çeroki qanı daşıyırdı), Çak Norris (nənəsi də Çeroki qəbiləsindən idi) .
Çak Norris yerli amerikalı qanı daşıyır. Bu gün amerikalılar arasında yerli amerikalı qanı daşımaqla fəxr etmək dəbdədir. Bu onu deməyə əsas verir ki, həmin insanın Amerika torpağı ilə birbaşa əlaqəsi var, yəni bu adam burada yad deyil.
Üstəlik, hindular heç vaxt qul olmayıblar, bir gün də olsun. Bu həm də onların qürur səbəbidir. Ancaq belə amerikalılar çox vaxt unudurlar ki, bu hindu qanı onların damarlarına hansı yollarla və nəyin bahasına daxil olub…
Tərcümə: Əli Nəsib Zərdabi
