Ali Baş Komandanın sözləri Ermənistan mətbuatında manşetlərə daşınıb

Erməni mətbuatı qorxu içində yazır: Əliyev yenidən Ermənistanı hədələyib: “Bizi heç kim dayandıra bilməz”. 18:04 — 24.Dekabr.2021 «Մեզ ոչ ոք չի կարող կանգնեցնել». Ալիևը կրկին սպառնացել է Հայաստանին 18:04 — 24.Դեկտեմբեր.2021

Erməni mətbuatı Ali Baş Komandanın aşağıdakı fikirlərinə geniş yer veriblər.

İlham Əliyev cümə günü Hadrutda hərbi hissənin açılış mərasimində çıxışı zamanı deyib: «Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı ölkənin ərazi bütövlüyünü təhdid edən risklərin qarşısını alacaq».

İlham Əliyev cümə günü işğal altındakı Hadrutda hərbi hissənin açılış mərasimində çıxışı zamanı deyib:

“Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa çalışarsa, onların sonu İkinci Qarabağ müharibəsindəki kimi olacaq».

Dövlət başçısı qeyd edib ki, Azərbaycan özünə qarşı təhlükə hiss edərsə, onun qarşısını almaq üçün addımlar atacaq. “Biz heç vaxt xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə təhdidlərə yol verə bilmərik. Əgər biz o təhlükəni görsək, hətta ölkədən kənarda belə, heç kim bizə mane ola bilməz. Həmin 44 gün ərzində neçə dəfə bizə mane olmağa çalışdılar, neçə dəfə təzyiq göstərdilər, hədələdilər. “Ancaq heç kim bizə mane ola bilmədi”.

Mənbə:( http://topnews.mediamall.am/?id=245871)

İsmayıl Tanrıverdi

BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: