Corat qəsəbəsində qazilər və şəhid ailələrinin iştirakıyla tədbir keçirilib

Sumqayıt şəhər Corat qəsəbəsində qazilər və şəhid ailələrinin iştirakıyla əyləncəli, musiqili tədbir keçirilib.


Tədbir Corat qəsəbə icra nümayəndəliyi, Corat bələdiyyəsi və Mədəniyyət evinin təşəbbüsü ilə təşkil olunmuşdur.


Tədbirə dəvət olunmuş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov və digər qonaqlar tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edərək qazilər və şəhid övladlarına hədiyyələr paylamışlar.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: