TƏBRİK: ASLANOV ŞAHİN MÜBARƏK OĞLU — 55

      Peşəkarlığı və humanistliyi ilə seçilən  ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirən Müharibə Veteranı ehtiyYatda olan mayor Aslanov Şahin Mübarək oğlunun  27 dekabrda  55 yaşı tamam olur. Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədr müavini polkovnik Salman Musayev Şahin Aslanovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

      Müharibə Veteranı ehtiyatda olan  mayor Aslanov Şahin Mübarək oğlu 27 dekabr  1966 -cı ildə Füzuli rayonun Aşağı Abdurəhmanlı  kəndində anadan olub.

Aslanov Şahin Mübarək oğlu  1984 -cü ildə Füzuli rayonun Aşağı Abdurəhmanlı kənd orta məktəbini, 1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ünverstetinin ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsini,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  isə zabitlərin təhkimləşdirmə kursunu bitrib. Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən   bir cox metodiki təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

      Mayor Şahin Mübarək oğlu Aslanov  1985-1987-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1987- 1989-cu illərdə Füzuli rayonun Sovxozunda müvafiq vəzifədə işləyib.1992-ci ildə Müdafiə Nazirliyində könüllü olaraq ordu sıralarına yazılaraq Azərbaycan ərazi bütövlüyü uğrunda (Füzuli rayonu istiqamətində) gedən döyüşlərdə iştirak edib.0, 1995- 2018 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili QoşunlarınBaş İdarəsinin Füzuli, Xətai, Hacqabul, Binəqədi və  Bərdə rayonlarında yerləşən hərbi hissələrdə taqım və böluk komandiri,xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında isə inispektor vəzifələrində Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Aslanov Şahin Mübarək oğlu  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.

      O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş və döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası   hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,   hərbi hissə komandirinin müvafiq əmrləri » Əla Xidmətlərə görə» döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla  və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyüş hazırlığındakı əla göstəricilərə görə,  təlimlərdə, xüsusi  əməliyyatlarda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində,döyüş  xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının » 10 -İliyi, 90- illiyi və 95 — iliyi yubiley medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ŞAHİN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: