Biləsuvarda şəhidin doğum günü qeyd edilib

Biləsuvar rayonunda şəhid Rahət Rafət oğlu İsayevin ad günü mərasimi keçirilib.


Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin veteranları iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.


Şəhid Rahət İsayevin şəhadətdə doğum günüylə bağlı toplaşanlar şəhidlərimizin ruhuna dualar ediblər.


Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: