AVMVİB İdarə Heyətinin Qərarı necə yerinə yetirildi?!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçiriləcəyi barədə məlumat vermişdik. Çünki bu Qərarın icrası ilə bağlıapardığımız işlər fəaliyyətimizdə bir çox nüansları üzə çıxardı. Bəzi şöbələrimizin tam yoxluğunu müəyyən etdik.

Bəzilərinin isə məsuliyyətsiz və işləmək qabiliyyətinin «0» olduğu məlum oldu. Bəzi şöbə sədrlərinin bu ad arxasında gizlənərək, yalnız öz şəxsi problemlərinin həlli ilə məşğul olduğu üzə çıxdı. Belə şöbələrin yenidən bərpasına ciddi ehtiyac duyulur. Yəqin ki, 2022-ci ildən bu problemlərin həllinə başlayacağıq. Əslində bu cədvəl elə şöbələrin fəaliyyət göstəricisi kimi də qəbul edilə bilər.


2021-ci ilin yekunu kimi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov məsələyə münasibət bildirərək dedi: «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin şəxsi təşəbbüsüylə yaradılmış səlahiyyətli nümayəndəlik institutu demək olar ki, özünü doğrultu. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndələri Akif Həsənov, Natiq Həsənov, Elmar Hüseynov, Zəkəriyya Rəhimov və Vaqif Sadıqov bu istiqamətdə qənaətbəxş fəaliyyət göstərdilər. Bu şəxslərin bir çoxu, həm şöbə sədri kimi, həm də səlahiyyətli nümayəndə kimi öz fəaliyyətlərini qurublar. Bu şəxslər 44 günlük Vətən müharibəsi dövründə də daim öndə oldular. Müharibədən sonra da qazilərlə və şəhid ailələriylə daim ünsiyyətdə oldular. Hələ də öz veteran statusunu almayan gənclərimizin hüquqlarının qorunmasında onlar daim ön sırada dayanırlar. Üstəlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qərarının icrasında da öndə onları görürük. Bu məsələni daim nəzarətdə saxlayan Fədai.az və Veteran.az saytlarına öz minnətdarlığımı bildirirəm. Konkret olaraq bildirirəm ki, il qurtarsa da bu cədvəl tamamlanacaq. Orada 100 faizlik nəticə olmalıdır. Mahiyyəti cüzi olsa da, həqiqətən bir çox mətləblərin cavabını tapdıq. AVMVİB İdarə Heyətinin Qərarını yerinə yetirməyənlər bizə lazımdırmı? Yəqin ki, 2022-ci il elə bu suala AVMVİB İdarə Heyəti özü cavab tapacaq…


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov məsələ ilə bağlı qeyd etdi ki, öz fəaliyyətimdə bölgələrdə İdarə Heyətinin Qərarının yerinə yetirilməsi ilə bağlı yetərincə iş aparmışam və bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm. AVMVİB İdarə Heyətinin Qərarının yerinə yetirilməsinin məcburi olduğunu və bizim başlıca vəzifəmiz olduğunu izah etmişəm. Bu gün İdarə Heyətinin tapşırığıyla Xocavənd, Beyləqan, Bərdə, Ağcabədi, Ağdam, Ağdərə, Xocalı, Xankəndi, Cəbrayıl, Füzuli, Bərdə, Tərtər, İmişli, Biləsuvar, Sabirabad, Saatlı, Şirvan rayonlarında vəziyyətə nəzarət etmək mənə həvalə edilib. Fəaliyyətimizin aynası olan bu cədvəllə tanış oldum. Qərarın yerinə yetirilməməsi və qismən yerinə yetirilməsiylə bağlı səlahiyyətli nümayəndə kimi öz raportlarımızı yazıb AVMVİB NTK və AVMVİB sədrini məlumatlandırmışam. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi kimi hər bir şöbə sədrini bir daha öz işini götür-qoy etməyə dəvət edirəm.


Akif Həsənov bildirdi ki, hər bir şöbənin fəaliyyəti, məhz sədrin öz işini necə qurmasından asılıdır. Bu Birlikdə hamı könüllülük əsasında öz işini qurur. Hələ müharibə öncəsi Ali Baş Komandanımızın koronavirusla bağlı irəli sürdüyü «Biz birlikdə güclüyük!» şüarı bizim devizimizə çevrilməlidir. Digər tərəfdən könüllülük əsasında öz işini quran AVMVİB-də kimsəni zorla saxlamaq niyyətində deyilik. Necə deyərlər, «ya işləyəcəksən, ya da işləyəcəksən». Biz şəhidlərimizin unudulmaması, veteranlarımızın cəmiyyətdə layiq olduğu yeri tutması üçün çox iş görməliyik. Arxamızca gələn gənc nəsil var, ən azı bu nəslə nümunə olmalıyıq.

Bu günədək olan statistik cədvəli diqqətinizə çatdırırıq:


1. AVMVİB Xankəndi rayon şöbəsi — 141,6%
2. AVMVİB İmişli rayon şöbəsi — 135,0%
3. AVMVİB Laçın rayon şöbəsi — 130,0%
4. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
5. AVMVİB Mingəçevir şəhər şöbəsi — 125,0%
6. AVMVİB Nəsimi rayon şöbəsi — 116,6%

7. AVMVİB Nərimanov rayon şöbəsi — 100,0%
8. AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%
9. AVMVİB Zərdab rayon şöbəsi — 100,0%
10. AVMVİB Qubadlı rayon şöbəsi — 100,0%*
11. AVMVİB Qazax rayon şöbəsi — 100,0%
12. AVMVİB Çilov şöbəsi — 100,0%*
13. AVMVİB Yasamal rayon şöbəsi — 100,0%*
14. AVMVİB Saatlı rayon şöbəsi — 100,0,%
15. AVMVİB Lənkəran rayon şöbəsi — 100,0%
16. AVMVİB Sumqayıt şəhər şöbəsi — 100,0%
17. AVMVİB Gəncə şəhər şöbəsi — 100,0%
18. AVMVİB Suraxanı rayon şöbəsi — 100,0%
19. AVMVİB Sabunçu rayon şöbəsi — 100,0%*
20. AVMVİB Binəqədi rayon şöbəsi — 100,0%
21. AVMVİB Ağstafa rayon şöbəsi — 100,0%
22. AVMVİB Şəmkir rayon şöbəsi — 100,0%
23. AVMVİB Tovuz rayon şöbəsi — 100,0%
24. AVMVİB Beyləqan rayon şöbəsi — 100,0%*
25. AVMVİB Ağdaş rayon şöbəsi — 100,0%
*
26. AVMVİB Göygöl rayon şöbəsi — 83,3%
27. AVMVİB Nizami rayon şöbəsi — 83,3%
28. AVMVİB Cəbrayıl rayon şöbəsi — 75,0%
29. AVMVİB Abşeron rayon şöbəsi — 66,6%

30. AVMVİB Bərdə rayon şöbəsi — 58,3%
31. AVMVİB Naftalan rayon şöbəsi — 50,0%

32. AVMVİB Füzuli rayon şöbəsi — 50,0%
33. AVMVİB Qusar rayon şöbəsi — 41,6%
34. AVMVİB Şirvan şəhər şöbəsi — 41,6%
35. AVMVİB Xətai rayon şöbəsi — 41,6%
36. AVMVİB Şamaxı rayon şöbəsi — 33,3%
37. AVMVİB Xəzər rayon şöbəsi — 33,3%
38. AVMVİB Xocalı rayon şöbəsi — 33,3%
39. AVMVİB Balakən rayon şöbəsi — 33,3%
40. AVMVİB Ucar rayon şöbəsi — 33,3%
41. AVMVİB Şabran rayon şöbəsi — 25,0%
42. AVMVİB Yevlax rayon şöbəsi — 16,6%
43. AVMVİB Quba rayon şöbəsi — 16,6%
44. AVMVİB Kürdəmir rayon şöbəsi — 16,6%
45. AVMVİB Ağsu rayon şöbəsi — 16,6%*
46. AVMVİB Sabirabad rayon şöbəsi — 16,6%
47. AVMVİB Pirallahı rayon şöbəsi — 16,6%*
48. AVMVİB Ağdərə rayon şöbəsi — 16,6%*
49. AVMVİB İsmayıllı rayon şöbəsi — 8,3%*
50. AVMVİB Kəlbəcər rayon şöbəsi — 8,3%
51. AVMVİB Zəngilan rayon şöbəsi — 8,3%*
52. AVMVİB Biləsuvar rayon şöbəsi — 8,3%
53. AVMVİB Qax rayon şöbəsi — 8,3%*
54. AVMVİB Zaqatala rayon şöbəsi — 8,3%*

*******************

P.S. Yazıdan sonra ödəyən şöbələr siyahıya əlavə olunacaq:

55. AVMVİB Ağcabədi rayon şöbəsi — 83,3%

56. AVMVİB Goranboy rayon şöbəsi — 16,6%

57. AVMVİB Xaçmaz rayon şöbəsi — 16,6%


İndisə AVMVİB İdarə Heyətinin Qərarını saya salmayan şöbələrimizin siyahısına diqqət yetirin:


1. AVMVİB Neftçala rayon şöbəsi — 0%
2. AVMVİB Səbail rayon şöbəsi — 0%
3. AVMVİB Qaradağ rayon şöbəsi — 0%
4. AVMVİB Xızı rayon şöbəsi — 0%
5. AVMVİB Samux rayon şöbəsi — 0%
6. AVMVİB Hacıqabul rayon şöbəsi — 0%
7. AVMVİB Qəbələ rayon şöbəsi — 0%
8. AVMVİB Oğuz rayon şöbəsi — 0%
9. AVMVİB Ağdam rayon şöbəsi — 0%
10. AVMVİB Gədəbəy rayon şöbəsi — 0%
11. AVMVİB Siyəzən rayon şöbəsi — 0%
12. AVMVİB Göyçay rayon şöbəsi — 0%
13. AVMVİB Kəpəz rayon şöbəsi — 0%
14. AVMVİB Tərtər rayon şöbəsi — 0%
15. AVMVİB Salyan rayon şöbəsi — 0%
16. AVMVİB Daşkəsən rayon şöbəsi — 0%

Elnur Səlim

Bu xəbəri paylaşın: