TƏBRİK: HACIYEV ƏHMƏD İSMAYIL OĞLU — 72

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev  Müharibə Veteranı istefada  olan mayor Hacıyev Əhməd İsmayıl oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.

   Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Hacıyev Əhməd İsmayıl oğlu 29 dekabr 1949-cu ildə  Qərbi Azərbaycanın Kalino rayonun Evli (Molef) kəndində  dünyaya göz açıb.

     O, 1964 -cü ildə Kalinino rayonun  Evli  (Molef) kənd  orta məktəbin 8-ci sinifini, 1966-cı ildə  Kalinino rayonun İlməzli tam orta məktəbini, 1974- cü ildə  M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu,  1981-ci ildə Daxili İşlər Nazirliyinin  Lvov şəhərində yerləşən Xüsusi hərbi məktəbi bitirib. Daxili İşlər orqanlarında və  Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     Müharibə Veteranı istefada  olan  Mayor Hacıyev Əhməd İsmayıl oğlu  1968 -1970 -ci illərdə SSRİ Sərhəd Qoşunların  Dalnovostok krayında yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub.

      Əhməd İsmayıl oğlu Hacıyev  1967-74-cü illərdə Yardımlı rayon orta məktəbində müəllim işləmişdir.1975-1987 ci illərdə Daxili İşlər Nazirliyinin İslah Əmək Müəssisələri İdarəsinin Salyan və Qaradağ rayonları ərazisində yerləşən cəzaçəkmə müəssisələrində dəstə rəisi vəzifəsində olub. 1988-2006-cı illərdə isə Daxili Qoşunların  Binəqədi rayonunda yerləşən hərbi hissədə  böluk komandirin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri və Mənzil- İstismar xidmətinin rəsi  vəzifələrində  Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Mayor Hacıyev Əhməd İsmayıl oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünu səxavətli, əliaçıq, insanpərvər, savadlı, nizam və intizamlı zabit kimi göstərmişdir.O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin  təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Fövqəladə hallar zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində eləcədə  dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə  düşən vəzifə və tapşırıqların öhdəsindən  layiqincə gəlmişdir.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətndə) gedən döyüşlərdə  iştirak edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində)   gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin hərbi hissə komandirinin və cəzaçəkmə müəssisə rəisinin müvafiq əmrləri ilə bir sira medallarla və döyüş nişanları ilə təltif edilib ,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 GÜNƏŞ QƏDƏR İSTİ. QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİYLƏ.

AD GÜNÜN MÜBARƏK OLSUN…

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: