Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı ənənəvi olaraq əsgərlərimizlə görüşlərini davam etdirib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi Nəsimi İcra Hakimiyyətinin müharibə veteranlara «diqqət və qayğısı» sayəsində qərargahları olmadığından növbəti tədbirlərini də Hərbi Qənimətlər Parkında keçirmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov məlumat verib.


Elmar Hüseynov bildirdi ki, qərargahımız olmadığına görə ilin son tədbirini də şöbə üzvləri Hərbi Qənimətlər Parkında keçiriblər. Nə edək ki, Nəsimi rayonunda müharibə veteranlarına münasibət bu cürdür. Ali Baş Komandanın göstərişlərinə bu rayonda məhəl qoyulmadığını bir daha hər kəsə nümayiş etdirdik. Tədbirdə fəal üzvlərimiz AVMVİB-nin Fəxri fərmanlarıyla təltif olunublar.



Tədbirin sonunda Ali Baş Komandanın dillərdə şüar olan «Qarabağ Azərbaycandır!» sözləri səsləndirildi.
Nurlan Məmmədli



