AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev müharibə veteranı, istefada olan mayor Babayev İsmayıl Əli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!
Müharibə Veteranı istefada olan Mayor Babayev İsmayıl Əli oğlu 1 yanvar 1956-cı il ildə Ağstafa rayonunda dünyaya göz açıb.
O, 1972 -ci ildə Ağstafa şəhər orta məktəbini, 1984-cü ildə isə Azərbaycan Memarlıq və İnşaat İnistitutunu bitirib.
Mayor Babayev İsmayıl Əli oğlu 1974-1976 ci ilərdə SSRİ Müdafiə Nazirliyinin Komsomolsk- Amurda yerləşən hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olub.
İsmayil Babayev 1976 — 1984 cü illərdə Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Mühafizə İdarəsində müvafiq vəzifələrdə, 1984- 1991-ci illərdə isə Daxili İşlər Nazirliyinin Cəzaçəkmə müəssisələrində yanğından mühafizə üzrə müvəkkil və istehsalat rəisi vəzifələrində işləyib. 1992 -1996-ci ilərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində mənzil-istismar xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə ,Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
İsmayil Babayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Mayor Babayev İsmayıl Əli oğlu Daxili İşlər Nazirliyinin Dövlət Yanğından mühafizə İdarəsində və Cəzacəkmə müəssisələrində ,Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində Xidmət vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İSMAYL MÜƏLLiM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




