“Biz düşməni məcburən inandırmalıyıq ki, tezliklə Şuşada, Əsgəranda və ya Hadrutda olacağıq. Ya diplomatik yolla, ya da silahlarımızla…”
Bunu separatçıların müzəffər hərbçilərimiz tərəfindən darmadağın edilmiş müdafiə ordusunun(?) sabiq sözçüsü Senor Hasratyan deyib
“Şuşada Vazgenin düşmən tərəfindən məhv edilmiş heykəlini yenidən inşa etməliyik və Əsgəran rayonunun girişində xaçkar abidəsini bərpa etməliyik. Yalnız bu halda erməni xalqına ümid dolu bir gələcək bəxş edə bilərik. Qarabağ ermənilərinin arzularını həyata keçirmək üçün düşməndən daha məqsədyönlü və ardıcıl addımlar atmalıyıq. Yoxsa düşmən bizi və xalqımızı bu nəcib hisslərdən məhrum edəcək” – deyə Hasratyan öz Facebook hesabında yazıb.
Mənbə: KAİM.az
