İbrahim Rəisi Paşinyanla nədən danışıb — İki rakurs

Azərbaycan KİV-ləri bu barədə yaydığı informasiyanı təqdim edirik:

İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional gündəm, o cümlədən də Azərbaycanla Ermənistan arasındakı münasibətlər və sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb.

İranın dövlət başçısı Azərbaycanla Ermənistan arasında məsələlərin beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacağına ümid etdiklərini bildirib. O, regionda sülhün, sabitliyin və təhlükəsizliyin şahidi olmaq istədiklərini qeyd edib.

Ermənistaan KİV-ləri bu barədə yaydığı informasiyanı təqdim edirik:

«Tasnim» xəbər verir ki, İran prezidenti İbrahim Rəisi bildirib ki, İran və Ermənistan arasında əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı bütün tərəflərin maraqlarına cavab verəcək və regional təhlükəsizliyə töhfə verəcək.

Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Raisi iki qonşu ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

«Tehran və İrəvan arasında əməkdaşlığın və iqtisadi mübadilənin genişləndirilməsi bütün tərəflərin maraqlarına cavab verəcək və şübhəsiz ki, təhlükəsizliyə töhfə verəcək», — İran prezidenti bildirib.

O, həmçinin Qafqaz regionundakı çətin vəziyyətə işarə edərək, “İran İslam Respublikasının prinsipial siyasətinin ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləmək olduğunu” bildirib.

İran prezidenti Ermənistanın öz əraziləri və yolları üzərində suverenliyinə İranın dəstəyini bir daha təsdiq edərək, Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyişi alqışlayıb.

“Ümid edirik ki, iki ölkə arasındakı digər problemlər də beynəlxalq prinsiplər və qanunlar çərçivəsində sülh yolu ilə həll olunacaq və regionda sülh, sabitlik və təhlükəsizliyin şahidi olacağıq”-deyib.

P.S. Sadəcə reallığı diqqətinizə çatdırmaq üçün fərqli informasiyanı diqqətinizə çatdırırıq…

Hazırladı: Zəkəriyya Rəhimov

Bu xəbəri paylaşın: