AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik- leytenantı Qədimov Xəqani Qədim oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Silahlı Qüvvələr Veteranı polkovnik- leytenant Qədimov Xaqani Qədim oğlu 3 yanvar 1966-cı ildə Tərtər rayonunun Təzəkənd kəndində dünyaya göz açıb.
1983-cü ildə Tərtər rayonunun Təzə kənd orta məktəbini,1989-cu ildə Ukrayna Respublikasının Donestsk şəhərində Bədən tərbiyəsi və İdman Texnikomunu, 1999-cu illdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən hərbi məktəbi (zabitlərin ixtisas artırma kursunu) bitrib.Xəqani Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Xarici ölkələrdə və Daxili Qosunların Baş idarəsində keçirilən müvafiq kurslarda, xariçi ölkələrdə işgüzar səfərdə olub, Daxili Qoşunların Bas İdarəsində keçirilən bir çox metodiki- təlm toplanışlarda seminar və konfranslar fəai iştirak edib.
Xaqani Qədimov 1984-1986-cı illərdə Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub . 1989- 1992-ci illərdə Orta məktəbdə müəllim işləyib,1993- 2020- ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin hərbi hisələrində Xüsusi təyinatlı Dəstədə əlbəyaxa döyüş üzrə təlimatçı, Xüsusi təyinatlı Dəstədə Qrup komandiri, Mühənis və Kimya xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə (Şöbə səlahiyyətli xidmətlərdə) Mühəndis və Kimya xidmətlərində baş zabit vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Xaqani Qədimov Peşəkarlığı və humanistliyi ilə,nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Xaqani Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Ximələrə Görə » döş,yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı»,»Qüsursuz Xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 70-iliyi ,10-illiyi, 90-illiyi, 95-iliyi və 100 illiyi yubiley medaları ılə təltif olunub
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN , XAQANİ BƏY!
GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…
AD GÜNÜN MÜBARƏK OLSUN…
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev







