Yüksək peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin İdman komandasında keçirərək Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edən Silahlı Qüvvələr Veteranı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi polkovnik Namiq Yadulla oğlunun 4 yanvar 51 yaşı tamam olur.
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, «Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi» polkovnik Abdullayev Namiq Yadulla oğlunu dogum günü munasibətilə təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aliə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Polkovnik Abdullayev Namiq Yadulla oğlu 4 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. Əslən Xızı şəhərindəndir. Namiq Abdullayev çoxuşaqlı ailədə böyüyüb.
Abdullayev Namiq Yadulla oğlu Nəsimi rayonun 19 nömrəli tam orta məktəbini, Bədən Tərbiyəsi və İdman Akademiyasını, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1992-ci ildən etibarən Daxili Qoşunların Baş idarəsinin İdman komandasında atıcı-idmançı ,məşqçi ,baş məşqçi vəzifələrində xidmət edib, üzün müddətdir ki, DQBİ-nin İdman komandasının rəisi vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, 1983-cü ildən Azərbaycan Respublikasının əməkdar məşqçisi Vahid Məmmədovun başlığı ilə «SPARTAK» İC-də sərbəst güləş idman növu ilə məşğul olmaqla başlayıb, dəfələrlə Azərbaycan çempionu bir çox yarışların və Beynəlxalq turnirlərin qalibi olub.
1989-ci ildə SSRİ birinciliyində (gənclərin) birincliliyində gümüş, 1990-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb. 1990-cı ildə «Dünya kuboku» yarışmasının qalibi olub.1991-ci ildə gənclər arasında SSRİ xalqlarının spartakiadasında gümüş, 1991-ci ildə gənclər arasında dünya birinciliyində bürünc, 1992-ci ildə sonuncu dəfə MDB ölkələrinin çempionatında qızıl medal qazanıb.

Aleksandr Nedvedin şərəfinə kecirlən «QRAN-PRİ» beynəlxalq turnirinin üç qat qalibidir. 1996-cı ildə İvan Yarginin şərəfinə keçirlən «QRAN-PRİ turnirinin qalibi olub , 1997-ci ildə isə həmin turnirdə 2 (ıkinci )yerə layiq görülüb.
Namiq Abdullayev 1994,1995,2003 -cü illərdə Avropa çempionatında qızıl medal qazanıb. 1996-cı ildə 3 -cü (üçüncü )yerə, 1997 və 2006-cı illərdə isə 2-ci (ikinci) yerlərə layiq görlüb. 1994,1998, 2002-ci illərdə Dünya çempionatında gümüş, 2006-cı ildə isə bürünc medal qazanıb.
Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi polkovnik Namiq Yadulla oğlu Abdulayev 1995-ci ildə Hərbiçilərin Olimpiya oyunlarında gümüş ( 2 -ci yer Atlanta ), 2000-ci ildə Avstraliyada keçirilən XXVII yay Olimpiya oyunlarında qızıl medal qazanıb. Sidney yay olimpiya oyunlarının paradında Azərbaycan Komandasının bayraqdarı olub.» Dünya Kuboku» yaraışmasinin qalibi, 2004-cü Afinada keçirilən XXVIII yay Olimpiya oyunlarının istrakcısı olub.
Namiq Yadulla oğlu Abdullayev keçmiş SSRİ və Beynəlxalq idman ustası, Azərbaycanın əməkdar idman ustasıdır. Polkovnik Namiq Abdullayev Azərbaycanın Əməkdar idman məşqicisidir.Azərbaycanın Güləş Federasiyasının Vitse-prezidentidir, Milli Olimpiya İcra komitəsinin üzvüdür, 2001-ci ildən Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdçüsü ,2008-ci ildən etibarən isə Heydər Əliyev Fondunun olimpiya cempionlar təqaüdçüsüdür.

O, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığına və idman sahəsində göstərdiyi ən böyük naliyyətlərə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına, Daxili Nazirinin, Daxili Qoşunların Komandanının və onun müavinlərinin müvafiq əmrlərinə əsasən -«Əla Xidmətlərinə görə” döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, müvafiq diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb ona vaxtindan əvvəl hərbi rütbələr verlib və təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrlərinə əsasən «Silahlı Qüvvələr Veteranı,» «Qüsursuz xidmətə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının » 10- iliyi, 90-illiyi, 95-illiyi və 100-illiyi yubiley medalları ilə təltif olunub.
Polkovnik Namiq Abdullayev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən «Şöhrət Ordenı» ilə, «Tərəqqi» və «Hərbi Xidmətlərə Görə» medallarla təltif edilib və ona » Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi» adı verlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ MÜLLİM!
GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ… AD GÜNÜN MÜBARƏK OLSUN…
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev