Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu hərbi xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirən Silahlı Qüvvələr və Müharibə veteranı ehtiyyatda olan polkovnik Zeynalov Bilal Ramiz oğlunun 4 yanvar 54 yaşı tamam olur.
Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Ehtiyatda olan polkovnik Bilal Ramiz oğlu Zeynalovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadatı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Silahlı Qüvvələr və Müharibə veteranı ehtiyyatda olan polkovnik Zeynalov Bilal Ramiz oğlu 4 yanvar 1968-ci ildə Salyan rayonunda anadan olub.
O, 1985-ci ildə Salyan rayon orta məktəbini, 1989-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov Ali hərbi məktəbini, 2000-ci ildə Türkiyə Hərbi Akademiyasını bitrib. Polkovnik Bilal Zeynalov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycanda , Xarici ölkələrdə Akademik kurslarda və Xarici ölkələrdə işgüzar səfərdə olub. Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir cox metodiki- təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.
Bilal Ramiz oğlu Zeynalov 1989- 1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında taqim komandiri, 1992-2015-ci illərdə isə Müstəqil Respublikamızın Daxili işlər Nazirliyinin Daxili Qoşunların Konvoy alayında, Gəncə şəhərində, Nərimanov, Binəqədi, Hacıqabul, Xəzər rayonlarında böluk komandirinin ümümü müavini, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini ,bölük komandiri, tabor komandiri, Hərbi hissə komandirinin birinci müavini- qərargah rəisi, hərbi hissə komandiri, DQBİ-nin Qərargahında Əməliyyat şöbəsinin baş zabiti, Prespektiv inkişaf və Planlaşdırma xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Ali hərbi məktəbində isə Kafedra rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Bilal Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik Bilal Ramiz oğlu Zeynalov Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində peşəkar zabitlərin,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların , kiçik komandir heyətinin və kiçik mütəxəssislərin yetişməsində, eləcədə onların komandir, döyüş və ictimai sıyası hazırlığında xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
Bilal Zeynalov Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində kompleks, məqsədli, qrupların, təftiş, yekun, nəzarət, ümümü yoxlama ( təhfil-təslim, mandat və buraxılış imtahan) komissiyaların üzvü və sədri olduğu müddətdə üzərinə düşən vəzifələ və tapşırıqları layiqincə yerinə yetirmişdir.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Bilal Zeynalovu tanyanlar onun nə dərəcədə tələbkar insan olduğunu çox yaxşı bilirlər.
Bilal Zeynalovun qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl insan,Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli,güclü və firavan görmək istəyir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali Hərbi Məktəb və Hərbi Akademiya rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə Görə » döş, yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı»,»Qüsursuz Xidmətlərə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 70-iliyi ,10-illiyi, 90-illiyi və 95-iliyi yubiley medalları ılə təltif olunub
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BİLAL MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev







