TƏBRİK: HÜSEYNOV ZİRƏDDİN ƏLİ OĞLU — 60

      AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədr müavini polkovnik Salman Musayev müharibə veteranı ehtiyyatda olan polkovnik leytenant Hüseynov Zirəddin Əli oğlunu dogum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən naliyyətlər arzulayır.

      Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

         Polkovnik-leytenant Hüseynov Zirəddin Əli oğlu 5 yanvar 1962- ci il tarixdə Tovuz rayonunun Aşağı Quşcu  kəndində anadan olub.

        O, Tovuz rayonunun Aşağı Quşçu kənd orta məktəbini, Azərbaycan Dövlət  Pedaqoji Unverstetinin Hərbi hazırlıq  və fiziki tərbiyə   fakultəsini, Zabitlərin isə ixtisas artırma  kursunu  bitirib, Zirərəddn Hüseynov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox metodiki- təlim toplanışlarlarda, kurslarda, xüsusi- taktiki təlimlərdə,seminar və konfranslarda iştirak edib

      Hüseynov Zirəddin Əli oğlu  1981-1983 -cü illərdə Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub.

       1987- 1991-ci illərdə Tovuz rayonunun Aşağı Quşçu kənd orta məktəbində hərbi müəlim işləmişdir,1992-1998-ci illərdə Azərbaycan Ordusunun Tovuz rayonunda yerləşən hərbi hissədə  böluk komandiri vəzifəsində olmuş. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır.

      1999- 2014-cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Sumqayıt şəhərində, Binəqədi, Nərimanov, Bərdə və Qaradağ rayonlarında yerləşən hərbi hissələrdə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, tərbiyə bölməsinin rəsi-baş təlimatcı, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

       O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Zirəddin Əli oğlu Hüseynov Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün  23- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə   gəlmişdir .

        Hüseynov Zirəddin Əli oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

        O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  «Əla Ximələrə Görə » döş,yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə,təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə,şücaət və fədakarlıq   göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının » 10-illiyi, 90-illiyi  və 95-iliyi yubiley medallarl ilə təltif olunub.

    Xidmət vəzifələrinin yerinə yetirilməsində və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqlarının yerinə yetirilməsində xüsusi  fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə «HƏRBI XİDMƏTLƏRƏ GÖRƏ » medalı ilə təltif edilib.

DÖĞUM GÜNÜZ MÜBRƏK OLSUN, ZİRƏDDİN BƏY!

GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…

AD GÜNÜN MÜBARƏK OLSUN…

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: